SON XƏBƏRLƏR
loading...
Dollar ucuzlaşdı

Dolara təlabat aşağıdır

Bu gün paytaxtın bəzi valyuta dəyişmə məntəqələrində dolların manata nisbətdə məzənnəsi aşağı düşüb.

Bakıda valyuta dəyişmə məntəqələrində dolların manata nisbətdə kursu dünənkindən fərqli olaraq bir qədər aşağı düşüb.

İndi 1 ABŞ dollarının alışı 90 qəpik, satışı isə 1 manat 2 qəpik olub.
Valyuta dəyişmə məntəqələrinin əməkdaşları deyiblər ki, hazırda məntəqələrdə ABŞ dollarının həcminin böyük olmasına baxmayaraq alış demək olar ki, həyata keçirilmir. Dolları alan yoxdur.

Qeyd edək ki, dünən Azərbaycanın Mərkəzi Bankı 1 ABŞ dollarının məzənnəsini 1.05 manat, 1 avronun məzənnəsini isə 1.19 manat kimi dəyərləndirib.



Baxış sayı: 337