SON XƏBƏRLƏR
loading...
Azərbaycanın valyuta bazarından son xəbər: - Dollar və avronun məzənnəsi

Dünən axşam saatlarında yayılan məlumatların əksinə olaraq, bu gün səhərə olan məllumata görə ölkədə dollar və avronun rəsmi məzənnəsində dəyişiklik olmayıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsindədir. Avronun rəsmi məzənnəsi isə hazırda 1.19 AZN səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, AMB İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə ölkədə dollar və avronun məzənnəsində dəyişiklik edilib. Mərkəzi Bankdan bildirilir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.

Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.



Baxış sayı: 318