SON XƏBƏRLƏR
loading...
Cavanlığın və gözəlliyin 19 sirri.

1. Qida. Qidalanmadan dərinin elastikliyi, saçların gurluğu və ümumi əhval ruhiyə asılıdır.

Dəri. Quru dəri doğru olmayan dieta haqqında bir başa məlumat verir: Sizin masanızın üzərində B vitaminlərinə və minerallara malik məhsullar azdır. Bütöv buğdalı çörək, təzə tərəvəzlər, qoz, günəbaxan tumları, bitki yağları, yumurta, göyərdilmiş buğda faydalıdır. Mümkün olduqca çox meyvə və tərəvəz yemək lazımdır. Onlar dəri üçün faydalı antioksidantlar və vitaminlərlə zəngindirlər. Öz qidanıza balıq yeməklərini daxil edin. Balıqda zülal və dəri üçün enerji mənbəyi olan yağ turşuları çoxdur.

Saçlar. Quru, qırılan, ölgün saçlar göstərir ki, rasionda yağlar, saçlarda-protein, B6 vitamini, başın dərisini oksigen ilə təmin etməkdə iştirak edən dəmirə malik maddələr çatışmır. Saçların tökülməsi və kəpəyin əmələ gəlməsi əksər hallarda dəmir və sinkin qanda az miqdarda olması ilə əlaqədardır. Yağsız ət, dəniz məhsulları, göyərti istifadəsini artırmaq lazımdır.

Gözlər. Parlaq işıq qıcıqlandırır, siz gecə pis görürsünüz. Bu halda A vitamininə malik qida qəbulunu artırın: balıq, yumurta, qara ciyər.

Çatlayan dodaqlar, dilin üzərində kiçik xoralar fol turşusunun, B2 və B12 vitaminlərinin çatışmazlığının sayəsində baş verir. Balıq, toyuq, süd, yaşıl salatlar bu halda kömək edir.

Yaz yorğunluğu. Orqanizm xəbər verir ki, ona qidanı enerjiyə çevirmək üçün minerallar çatmır. Bu maddələrin əvəz olunmaz mənbələri yaşıl yarpaqlı tərəvəzlər, qoz, düyü, dəniz məhsullarıdır.

Dırnaqlar. Əgər dırnaqlar ləng inkişaf edirsə, asanlıqla qırılırsa, onda qida siyahısına vitaminlər, selen, dəmir və sink mineralları daxil etmək lazımdır. Bunun üçün yağsız ət, paxlalı, sitrus və bütöv dənli çörək istifadəsi faydalıdır. Çoxlu balıq və şor yeyin.

2. Bağırsağın vaxtında boşalması - yaxşı xarici görünüş üçün zəmanətdir. Bizim dərimiz orqanizmin vəziyyətinin indikatorudur, hər şeydən əvvəl bağırsağın. Qeyri müntəzəm və ya düzgün olmayan qidalanma, dieta, streslər, dərman qəbulu, pis ekologiya, keyfiyyətsiz məhsullar və su bağırsağın işinin pozulmasına səbəb olur. Nəticədə qana zərərli bakteriyalar və toksinlər düşür. Onlar bütün orqanizmə yayılır, onu zəhərləyir. Dəri ilk olaraq mübarizəyə daxil olur ki, bu zərərli komponentləri orqanizmdən kənarlaşdırsın. Xarici olaraq dəridə iltihab, qabıq vermə, sızanaqlar ilə müşayiət olunur. Sızanağa nə sürtsən və nə sürtməsən faydası yoxdur. İlk növbədə bağırsağı müalicə etmək və təmizləmək lazımdır.

3. Maye istifadəsi. Nə içmək istəyəcəyinizi gözləmədən maye qəbul etməyə özünüzü öyrədin. Son məlumatlara görə alman həkimlərinin tədqiqatları göstərir ki, biz nə qədər su istifadə etsək bizim sekresiya orqanlarımız bir o qədər yaxşı işləyir. Axı mayesiz eneji əzələlərə daxil olmaz, vitaminlər və mineral maddələr hüceyrələrə çatmaz. Gündə 2, ən yaxşısı 2,5 litr maye qəbul etsəniz yaxşı olar. Onda hər şey qaydasında olacaq.

4. Yuxu. Yuxu gücün bərpasına cavabdehdir. O, bədən və ruh üçün çox əhəmiyyətlidir.

5. Hava. Nə qədər bacarırsınız gəzin. Nə qədər mümkündürsə xiyabanlarda və su kənarında olun. Pəncərənin nəfəsliyini açıq saxlayaraq yatın.

6. İmkan daxilində idman ilə məşğul olun. Hərəkət sayəsində qan damarlarında mikrodövretmə güclənir. Dəri daha çox qida alır və nəticədə hüceyrələrin yeniləşmə, köhnələrin yeniləri ilə əvəz olunması güclənir. Məşq zamanı qanın üzə axması üz üçün xüsusi gimnastikada olduğu effekti verir.

7. Kontrastlı duş. Soyuq və isti suyu növbələşdirmək bədəni yeni formada işləməyə məcbur edir.

8. Ehtiyatla arıqlayın. İnsan sürətlə arıqladıqda və çəki artırdıqda dərini elastik lifləri dartılır, yağ təbəqəsi yox olur və bir qədər sonra xırda qırışcıqlar əmələ gəlir.

9. Mütləq dincəlin. Stress zamanı yorğunluqdan siz hiss olunmadan üz əzələlərini dartırsınız. Damar daralır və dəri kifayət qədər qida və oksigen almır.

10. Üzü günəşdən qoruyun. Erkən qırışlar ona görə əmələ gəlir ki, dəri günəş şüalarından müdafiəsiz qalır. Bu xüsusilə dəniz sahilində və ya dağlarda əhəmiyyətlidir. Həddən artıq günəş qocalmağa, quruluğa, dərinin iltihabına, onun piqmentləşməsinə səbəb ola bilər.

11. Kosmetik "təcili yardım". İşığa çıxmazdan əvvəl üzü təzələməyə kontrastlı kompres kömək edir. Onlar qan dövranını yaxşılaşdırır və üzün əzələlərini zəiflədir.

12. Az istifadə etmək yaxşıdır. İstənilən kosmetik vasitə dərəcəsində istifadə olunmalıdır. İzafi istifadə zərərlidir.

13. Siqaret. Siqaret çəkmək zərərlidir. Əgər dözə bilmirsinizsə onda çalışın ki, saat 12-yə qədər siqaret çəkməyəsiniz. Nikotinin zərərini azaltmaq üçün daha çox sitrus meyvələri yeyin.

14. Vəziyyət tələb edir. Əgər bədəniniz cavanlıqdan uzaqlaşıbsa özünüzü yeniyetmə kimi aparmayın.

15. Gülüş və əminlik. Səhərlər güzgüdə özünüzə baxarkən gülümsəyin. Bu sadə mimik məşq sizə kömək edəcək ki, tezliklə optimist ruhda olasınız. Gözəl olmaq üçün özünüzə inanmalısınız.

16. Həmişə deyinən, söylənən və ya sizi tez-tez incidən adamlardan qaçın. Aqressiyaya qarşı aqressiv cavab verməyin. Neqativ enerji gec-tez onu göndərənə qayıdır. Şən və xeyirxah adamlarla görüşməyə çalışın.

17. Öyrənmək həvəsində olun. Ətraf dünyaya heyranlıq, ona maraq və müxtəlif həvəs gözlərinizdə parıltı yaradır.

18. Meditasiya ilə məşğul olun. O ruhu sakitləşdirir və enerji ilə zənginləşdirir.

19. Ruhdan düşməyin, həyəcanlanmayın, həsəd aparmayın, qəzəblənməyin. Bu sifəti dağıdır.



Baxış sayı: 99