SON XƏBƏRLƏR
loading...
Ziya Məmmədovu Abbas Abbasovun zəngi bitirib - özəl

Nəqliyyat naziri Ziya Məmmədovun "vurulması"nın səbəbləri ilə bağlı redaksiyamıza sensasion məlumat daxil olub. Qeyd edək ki, mətbuatda Ziya Məmmədovun hədəfə gəlməsinin səbəbi kimi onun Beynəlxalq Bankdan 500 milyon manat kredit götürüb qaytarmaması göstərilirdi. Lakin İstiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, əsas səbəb bu deyil.

Məlumata görə, Ziya Məmmədovun "vurulmasında" baş naziri keçmiş müavini Abbas Abbasov faktoru rol oynayıb. Bildirilir ki, Abbas Abbasov hakimiyyətin hədəfinə gələndən sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar. Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bizə bəlli deyil. Bilinən odur ki, onlar telefonla danişmaq üçün başqa nömrələrdən istifadə ediblər. Lakin Abbas Abbasovun yanına yerləşdirilən Azərbaycan hakimiyyətinə yaxın şəxslər bunu bilib və dərhal informasiyanı Bakıya ötürüb.

Hakimiyyət dərhal xüsusi xidmət orqanlarına məsələni araşdırmağl tapşırıb. Amma araşdırmalar nəticəsiz qalıb. Azərbaycan hakimiyyəti ilə Kreml münasibətlər düzələndən sonra isə bu işdə Rusiyanın Federal Təhlükəsizlik Xi dmətindən (FTX) yardım istənilib. FTX Ziya Məmmədovla Abbas Abbasovun proksi nömrələrini üzə çıxara bilib. Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ziya Məmmədovu yanına çağırıb. Nəqliyyat naziri Abbas Abbasovla əlaqələri barədə sorğu-sual edib. Ziya Məmmədovun Ramiz Mehdiyevin "istintaqında" hər şeyi inkar edib.

Bundan sonra prezident İlham Əliyev Ziya Məmmədovu danışdırıb. Nəqliyyat naziri prezidentə Abbas Abbasovla əlaqəsini etiraf edib və bildirib ki, bu munasibət hakimiyyətə qarşı yönəlməyib. İlham Əliyev ondan nə üçün Ramiz Mehdiyevlə söhbətdə Abbas Abbasovla əlaqəsini inkar etdiyini soruşduqda nazir PA rəhbərinin bu faktdan ona qarşı istifadəcəyindən ehtiyat etdiyini deyib. Lakin Ziya Məmmədovun cavabları prezidenti qane etməyib. Ziya Məmmədovun diqqətinə çatdırılıb ki, əgər ona Abbas Abbasovla əlaqələri hakimiyyətə qarşı olmayıbsa o bu barədə əvvəldən birinci şəxsi məlumatlandırmalı idi.

Mənbəmiz iddia edir ki, bütün bunlardan sonra Ziya Məmmədovun "qələmi qırılıb". İddialara görə, nəqliyyat naziri hazırda faktiki olaraq ev dustaqlığındadır.



Baxış sayı: 232