SON XƏBƏRLƏR
loading...
Aydın Əliyev və katibəsi haqda ŞOK faktlar - YENİLƏNİB

Aydın Əliyev və katibəsi haqda ŞOK faktlar - YENİLƏNİBAzərbaycanda iri ranqlı məmurların, nazirlərin korrupsiya əməlləri, biznes şəbəkələri haqda mətbuatda bir çox yazı yayımlanıb. Bu günlərdə SOCAR-da yüksək post tutan Qiymət Mehdiyevlə bağlı qalmaqalın ardınca bu dəfə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və onun yaxın qohumu olan xanım haqda mediada məlumatlar yayılıb. İnformasiya portallarına "malik eliyev” imzası ilə göndərilən məlumatda gömrük generalı və onun yaxın qohumu olan katibəsi haqda şok faktlar açıqlanır. sonolay.info olaraq qarşı tərəfin də öz mövqeyini ifadə etmək hququnu tanıyaraq mediada yer alan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

"Aydın Əliyevin baldızı olan Şaciyə adlı xanım Azərbaycan, Gürcüstan və Türkiyədə biznes imperiyası yaradıb. Şaciyə xanım Bakıda ən prestijli gözəllik salonlarının, tort mağazalarının, restoranların sahibəsidir. Onun hansı yolla varlandığı haqda məlumat verən mənbə bildirdi ki, Şaciyə xanım Aydın Əliyevin köməkliyi və birbaşa dəstəyi ilə xaricdən Bakıya gətirilən su və bir sıra ərzaq məhsullarının monopolistinə çevrilib. Bir neçə ilə milyonçuya çevrilən xanımın daha bir ortağı isə dövri mətbuatda ölkənin baş monopolisti kimi təqdim olunan Əbülfəz Məlikovdur. Şaciyə xanım Aydın Əliyevin xeyir – duası ilə ölkəyə gətirilən məhsullara "krişalıq” edib. Son olaraq Aydın Əliyevin katibəsi və həyat yoldaşının bacısı olan Şaciyə xanıma məxsus olan obyektlərin siyahısını təqdim edirik:
Bakının ən məşhur restoranlarından olan "Fayton”
"Elbara” restoranı
"Hoologans Pub”
"De Luxe” restoranı
"Peony art Baku” toyların və nişanların təşkili
"Shaddy” tort mağazası
Şəhərin mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonu
Turizm şirkətləri

Eyni zamanda biznesledinin Türkiyə və Gürcüstanda bir çox şirkətin sahibəsidir. Ölkədə işsizliyin artdığı, sosial narazılığın çoxaldığı bir zamanda Şaciyə xanım ağıllı addım ataraq, biznesinin bir hissəsini qonşu ölkələrə daşıyıb. Əslən Gürcüstandan olan gömrük generalı Aydın Əliyev oradakı biznesini də xanım bilavasitə özü və yaxın qohumları vasitəsilə həyata keçirir”.



Baxış sayı: 1999