SON XƏBƏRLƏR
loading...
“Ukraynanın qrupdan çıxmaq üçün yaxşı şansı var” – Şevçenko

 “Ukraynanın qrupdan çıxmaq üçün yaxşı şansı var” – Şevçenko“Almaniyaya qarşı oynamaq hər bir komanda üçün ağır olur. Onların futbolçuları uzun illərdir bir yerdə oynayırlar. Artıq yaddaşlana güvənərək taktikalarını həyata keçirirlər”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko “Avro-2016”da Almaniyaya uduzduları matçdan (0:2) sonra jurnalistlərə deyib.

O bildirib ki, komandası birinci hissədə yaxşı qol imkanları əldə edib: “Amma standart vəziyyətlərdə rəqibə uduzurduq. Bəxtimiz də gətirmədi. Bir neçə qol imkanını dəyərləndirə bilmədik. Bizim qrupdan çıxmaq üçün yaxşı şansımız var. Birinci oyundakı məğlubiyyətdən sonra qələbələr gəlməlidir. İndi əsas məsələ odur ki, futbolçularımız növbəti oyuna kimi bərpa olsunlar. Almaniya ilə matçda çox güc sərf etdilər”.



Baxış sayı: 291