SON XƏBƏRLƏR
loading...
Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri - Oğru dünyasında atəşkəs pozuldu...

Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri - Oğru dünyasında atəşkəs pozuldu...Rövşən Lənkəranskinin ölümündə əli olanlar oğru dünyasındakı yeni müharibənin alovlanmasına rəvac veriblər. Bununla da Rövşənin qətli tezliklə yeni qətllər seriyasına rəvac verəcək. Ancaq sifarişçilərin arasında azərbaycanlının olması məsələni bir az da qəlizləşdirib və əslində oğru dünyasında azərbaycanlıların mövqeyində zəifləmə aydın nəzərə çarpacaq.

Xatırladaq ki, Rövşən Canıyevin (Lənkəranski) ölüm hökmü 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) ölümündən sonra verilmişdi. Rövşən Lənkəranski 17 avqustda öz briqadasının üzvləri - "qanunu oğrular" Timuri Nemsitveridze (Tsripa), Roin Uqlava (Mateviç), Dato Çuradze və başqalarıyla görüşdən gecəyarı ayrılıb və "Rance Rover" maşının arxa oturacağında əyləşib. Oturan kimi maşın sürət götürüb və onu müşayət edən maşın bir qədər geri qalıb, elə bu da onların sağ qalmasına səbəb olub. Qəflətən maşın atəşə tutulub və müəyyən edilib ki, atəş açanlar ən azı 3 nəfər olub.

İstanbulda məskunlaşan Rövşən özünü burada rahat hiss edirmiş. Məlumata görə qətlin icraçıları kürdlərdir və onlar Ded Xasana görə qisas alıblar. Amma qətlin sifarişçiləri başqalarıdır/ Kürdlərə işarəni və xeyli miqdarda pulu başqa "qanunu oğrular" verib. Bunlar "kriminal generallar" - Laşa Şuşanişvili, Yuriy Piçuqin ( Piçuqa) Vasili Xristoforov (Vasya Voskres) və Nadir Səlifovdur (Lotu Quli).



Baxış sayı: 829