SON XƏBƏRLƏR
loading...
İran prezidenti Türkiyəni əməkdaşlığa dəvət edib

İran prezidenti Türkiyəni əməkdaşlığa dəvət edibİran prezidenti Həsən Ruhani Yaxın Şərqdəki problemlərin nizamlanması üçün Tehran-Ankara münasibətlərinin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
IRNA agentliyinin verdiyi xəbərə görə, bu barədə H.Ruhani Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündən sonra bildirib.


“Regionda vəziyyətin stabil olmadığı bir vaxtda yekdillik, əməkdaşlığın inkişafı və Tehranla Ankara arasındakı təmaslar bölgədəki problemlərin həlli üçün çox faydalı ola bilər”, – deyə Ruhani bildirib.

İran prezidenti vurğulayıb ki, bölgə ölkələrinin əməkdaşlığı Suriya və İraqdakı böhranların nizamlanması, habelə bu ölkələrdə terrorla mübarizə üçün çox gərəkdir.



Baxış sayı: 214