SON XƏBƏRLƏR
loading...
"Kiminsə ailəsini dağıtmamışam" - Səidə Sultan

"Kiminsə ailəsini dağıtmamışam" - Səidə SultanMüğənni Səidə Sultan onu təhqir edənlərə sərt cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə heç vaxt dəyişməyəcəyini, hər zaman istədiyi kimi davranacağını yazıb:

“Mən Sultan Səidəyəm. Kimlərəsə görə heç vaxt dəyişməyəcəm. Necə varamsa, həmişə elə qalacam. Süni olub, yalandan maska taxmayacam, baxın, elə gördüyünüz kimi pozitiv qalacam. Çünki özüməm. Kimlərəsə görə yaşamayacam. Kim nə deyir, nə danışır, cəhənnəmə ki… Danışın, yazın, günahlarımı yuyun. Mən insan olaraq xalqımın yaxşılarını sevirəm. O dediyiniz xalq mənim xalqım ola bilməz.

Mən şəhərdə doğulmuşam, gözümü açıb mehribançılıq görmüşəm, sözbazlıq yox. Amma təəssüf ki, mənim şəhərimdə o insanlar qalmayıb. Sözbazlıq, qeybət, özündən razılıq və bir az pul görən kimi dəyişən insanlar... Bağışlayın, təəssüf edirəm ki, sizin kimi deyiləm. Allaha çox şükür, kiminsə ailəsini dağıtmamışam, pislik etməmişəm. Kimdənsə istifadə etməmişəm".



Baxış sayı: 326