SON XƏBƏRLƏR
loading...
Ağ Ev: Haker hücumlarının arxasında şəxsən Rusiya prezidenti dayanır

Ağ Ev: Haker hücumlarının arxasında şəxsən Rusiya prezidenti dayanırRusiya prezidenti Vladimir Putinin ABŞ-da keçirilən prezident seçkiləri prosesinə müdaxilə məqsədli haker əməliyyatında bilavasitə iştirak etməsi mümkündür.

Bu barədə ABŞ-ın hazırkı prezidenti Barak Obamanın müşaviri Ben Rouds bildirib.

B.Rouds V.Putinin Rusiya hökuməti tərəfindən həyata keçirilən bütün əməliyyatlara ciddi nəzarət etdiyini və buradan da onun başverənlərdən xəbərdar olması nəticəsinə gəlindiyini vurğulayıb.


Ağ Ev sözçüsü Coş Ernest isə əlavə edib ki, onun fikrincə, V.Putinin bu işdə iştirakı faktı tam aydındır.

Öz növbəsində, Kreml növbəti dəfə ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsinə təsir etmək məqsədi daşıyan haker hücumlarında Rusiya tərəfinin iştirak etməsi haqqında olan ehtimalları bir daha təkzib edib.



Baxış sayı: 42