SON XƏBƏRLƏR
loading...
Türkiyədə hərbçilərin olduğu avtobus partladıldı - 9 ölü, 20 yaralı - VİDEO

Türkiyədə hərbçilərin olduğu avtobus partladıldı - 9 ölü, 20 yaralı - VİDEOKayseridə hərbçilərin olduğu avtobusa edilən terror aktı zamanı 9 nəfər şəhid olub, 20 yaralı var.

Bu barədə AKP-nin Kayseri millət vəkili İsmayıl Tamer açıklama verib.

Avtobusda olan əsgərin verdiyi məlumata görə, həmin avtomobil onlara əvvəldən izləyib.

Hazırda əraziyə bir sıra nazirlərin gəldiyi xəbər verilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Baş Qərargah rəisi Hülusi Akardan terror aktı ilə bağlı məlumat alıb.

***

Kayseridə içində hərbçilərin olduğu avtobusun partladılması terror aktıdır.

Ölkə.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, faktı rəsmilər təstiqləyiblər.

Hərbi hissədən əsgərləri aparan avtobus qırmızı işıqda dayanarkən partlayıcı yüklü maşın ona çırpılıb.

Avtomobildə terrorçunun cəsədi aşkarlanıb.

İlkin məlumatlara görə, 15 nəfər yaralanıb.

Amma ölən və yaralananlar barədə hələ dəqiq məlumat verilmir.

Türkiyə Radio və Televiziya Qurumu hadisə yerindən canlı yayıma qadağa tətbiq edib.

***

Kayseridə Ərciyəz universitetinin qarşısında partlayan avtobusda sərnişinlərin əksəriyyəti əsgərlər olub.

Partlayışın terror aktı olduğu xəbər verilir. Avtobusa yaxınlaşan avtomobilin ona çırpılaraq partladıldığı deyilir.

Partlayış nəticəsində ölən yaralıların sayı barədə məlumat verilmir.

***

Türkiyənin Kayseri şəhərində universitetin tələbə şəhərciyində partlayış baş verib.

Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış sərnişin avtobusunda olub, ölən və yaralılar var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.

Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.




Baxış sayı: 40