SON XƏBƏRLƏR
loading...
Tramp: "Bu qətnamə sülhə nail olmağı çətinləşdirəcək"

 Tramp: "Bu qətnamə sülhə nail olmağı çətinləşdirəcək"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, BMT Təhlükəsizlik Şurasının İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnaməsi sülhə nail olmağı çətinləşdirəcək.

Bu barədə o, "Tvitter"də yazıb.

"İsrailin BMT-dən böyük məğlubiyyəti sülhə nail olmağı çətinləşdirəcək. Çox pis, amma biz hər halda bunun öhdəsindən gələcəyik", - deyə o yazıb.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin BMT ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini bildirib. Buna səbəb beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının İsrailin məskunlaşma siyasətinə son qoyulmasını tələb edən qətnaməsi olub. Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

Sonolay.org



Baxış sayı: 91