SON XƏBƏRLƏR
loading...
Dollar bu gün neçəyədir? - rəsmi valyuta məzənnələri

 Dollar bu gün neçəyədir? - rəsmi valyuta məzənnələriAzərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-nın yaydığı məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,21% zəifləyərək 1,8400 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,02% zəifləyərək 0,5013 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1623 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,06%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,69% möhkəmlənərək 0,6546 manat olub.



Baxış sayı: 234