SON XƏBƏRLƏR
loading...
Rumıniyanın başçısı müsəlmanın namizədliyini qəbul etmədi!

Rumıniyanın başçısı müsəlmanın namizədliyini qəbul etmədi!AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniyanın dövlət başçısı Klaus Yohannis ölkənin hökumət başçısı postuna müsəlman Sevil Şaydehin namizədliyini rədd edib.

Sevil Şaydeh Rumıniya tatarıdır (milli azlığın nümayəndəsidir) və onun Baş nazir postuna namizədliyi son parlament seçkilərinin qalibləri tərəfindən irəli sürülmüşdü. Yohannis Baş nazirin adını hələ bir həftə bundan əvvəl elan etməli idi. Amma bildirmişdi ki, bunu yalnız dekabrın 25-dən sonra edəcək.

«Ötən həftə mən Sosial-demokrat (SDP) və «Liberalların və demokratların alyansı» (LDA) siyasi partiyaları ilə məsləhətləşmələlr apardım. Onlar məsləhətləşməyə birlikdə gəlmişdilər və Baş nazir postuna Sevil Şaydehin namizədliyini təklif etdilər. Mən bütün «lehinə» və «əleyhinə» variantlarını hərtərəfli ölçüb-biçdim. Bu təklifi təxirə salmaq qərarına gəldim» – deyə, dövlət başçısı bildirib.

İndi prezident hakim çoxluğun yeni namizədini gözləyir.

Sonuncu siyahıyaalmanın nəticələrinə görə, Rumıniyada 20 min 400 tatar yaşayır. Şaydeh ölkədə belə yüksək dövləti post tutan ilk müsəlman qadın ola bilərdi.

«2015-ci ildə o, ilk olaraq ölkənin regional inkişaf və dövlət idarəçiliyi naziri postuna təyin olunub və bu zaman Qurana and içib» – deyə, «Parlament qəzeti» yazır.

Eks-prezident Taryan Besesku Sevil Şaydehin namizədliyinin əleyhinə olub: «Sevil Şaydehin Baş nazir postuna namizədliyinin irəli sürülməsi bizim
müttəfiqlərimizdə şübhə və inamsızlıq oyada bilər» – deyə, eks-prezident öz etirazını belə izah edib.




Baxış sayı: 44