SON XƏBƏRLƏR
loading...
Suriya münaqişəsi: Qiyamçılar Astana danışıqlarını boykot etməklə hədələyir

 Suriya münaqişəsi: Qiyamçılar Astana danışıqlarını boykot etməklə hədələyirSülh danışıqları Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməlidir.

Suriyada qiyamçı qruplar deyirlər ki, onlar bu ay sonunda Rusiya və Türkiyə tərəfindən planlaşdırılan sülh danışıqlarında iştiraklarını müvəqqəti dayandırır.

Üsyançılar bəyanatlarında səbəb kimi Suriya hökuməti tərəfindən atəşkəsin "genişmiqyaslı pozulması"nı göstərib.

Türkiyə və Rusiya ötən cümə axşamından etibarən irəli sürən atəşkəs sazişinda vasitəçidir.
Sülh danışıqları Qazaxıstanın Astana şəhərində keçirilməlidir.

"Rejim və onun müttəfiqləri atəşi dayandırmayıb və genişmiqyaslı zorakılıqlar törədiblər", bazar ertəsi suriyalı qiyamçı qrupların bir çoxu tərəfindən imzalanan bəyanatda deyilir.

"Bu pozuntular davam edərsə, qiyamçı qruplaşmalar Astana danışıqları ilə bağlı bütün müzakirələrin dondurulmasını ... elan edir", - onlar bildirir.

Bəyanatda Dəməşq yaxınlığında Wadi Barada bölgəsindəki döyüşlər xüsusi qeyd edilib. Son həftələrdə üsyançılar hökumət və onun müttəfiqlərini paytaxta su verən bu ərazini tutmağa çalışmaqda ittiham edib. Hərbiyyə ittihamları təkzib edib.

Yeni İl ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Rusiya və Türkiyənin sülh danışıqlarına dair səylərinin lehinə səs verib.

Atəşkəs sazişi bütün Suriyaya aid olsa da, özünü İslam Dövləti (İD) adlandıran qrup, Cəbhə Fateh əl-Şam (JFS) cihadçıları və kürd YPG qruplaşmasını istisna edir (BBC).



Baxış sayı: 83