SON XƏBƏRLƏR
loading...
Dəhşətli yol qəzası: 2 ölü, 1 yaralı - Ağcabədidə

Dəhşətli yol qəzası: 2 ölü, 1 yaralı - AğcabədidəAğcabədidə iki nəfərin ölümünə, bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. Sonolay.org apa-ya istinadən xəbər verir ki, hadisə Ağcabədi-Zərdab yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu hadisə yerində ölüb. Digər sürücü, Ağcabədi rayon sakini, 1949-cu il təvəllüdlü Abdullayev Əlı Əhməd oğlu Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, avtomobillərdən birində olan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 155