SON XƏBƏRLƏR
loading...
Füzulidə tank əleyhinə minanınpartladıcısı tapılıb

Füzulidə tank əleyhinə minanınpartladıcısı tapılıbAzərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (ANAMA) Füzuli rayonunun Böyük Bəhmənli kəndində su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd “TM-62” tank əleyhinə minanın partladıcısını (MVÇ-62) aşkar edərək götürüblər.

Baxış zamanı min yüz kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, agentlik tərəfindən 2017-ci il yanvarın 1-dən 4-dək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, min yüz kvadratmetr ərazi yoxlanılıb.



Baxış sayı: 68