SON XƏBƏRLƏR
loading...
“Məxfi tədbirlərlə də Moskvanın cavabını verdik” – Bayden

“Məxfi tədbirlərlə də Moskvanın cavabını verdik” – BaydenABŞ Rusiyanın haker hücumlarına cavab olaraq rəsmi qaydada 35 diplomatı ölkədən çıxarıb və sanksiyalar tətbiq edib.

Bundan başqa ABŞ “məxfi tədbirlər”lə də cavab verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib.

“Bəzi tədbirlər sizə məlumdur, lakin, atdığımız digər addımlar barədə siz heç nə bilməyəcəksiniz”, – deyə Bayden PBS telekanalına bildirib.
O, 35 rusiyalı diplomatın ölkədən çıxarılmasını məlum tədbirlərdən biri olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələri rusiyalı hakerlərin ölkənin seçki sistemlərinə və siyasi təşkilatlarının resurslarına hücum etdiyini bildiriblər. Bildirilib ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib.
Rusiya tərəfləri bütün ittihamları rədd edir.



Baxış sayı: 101