SON XƏBƏRLƏR
loading...
Nuraya qarşı zor tətbiq edən icra məmurları cəzalandırılmalıdır

Nuraya qarşı zor tətbiq edən icra məmurları cəzalandırılmalıdır
Ramin Məhəmmədoğlu

“Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən video-süjet yayımlanıb.

İki gündür ölkə mediası, sosila şəbəkələr 10 yaşlı qızcığaz Nuray Bayramzadənin ölkəni lərzəyə gətirən yalvarışlarında və acı göz yaşlarından yazır. Quba rayon Məhkəməsinin qərarı ilə 10 yaşlı Nuray Bayramzadəni xalasından alınaraq bioloji atasına verilmısi prosesində baş verən analoji vəziyyət istər cəmiyyətimiz tərəfindən, istərsə də bir çox qurumlar tərəfəindən heç də bir mənalı qarşılanmadı.

Yayımlanan video- süjetdən də aydın görünür ki, yetkinlik yaşına çatmayan 10 aşlı Nuray atasına verilməsinə etiraz edir, məhkəmə icra məmurlar uşağa zor tətbiq etməklə atasına vermək istəyir. Süjetdən açıq –aydın görünür ki, Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesi zamanı icra məmurlarının ciddi qanun pozuntuları əks olunur. İcra məmurları hər vəchlə Nuray Bayramzadəyə zor və pisixoloji təziqlər göstərməklə xalasından alaraq atasına verməyə çalışıb. Bu görüntü sosial mediada hər kəsin ürəkağrısına səbəb olub.
Bu bir ədalətsizlikdir, bu bir haqsızlıqdır.
Məhkəmə zalında icra məmurlarının 10 yaşlı körpə uşağa qarşı belə bir davranışı qəbul edilməz və bağışlanılmazdır. Vicdanınız buna necə yol verdi ki, siz bunu etdiniz? Vicdanınız buna necə yol verdi ki, körpə bir yavrucağı sürüyərək, ona işgəncə verərək zaldan çıxardınız? Buna necə əliniz gəldi axı? Siz(lər)in qanun dediyi bu mu, qanunları beləmi icra edirsiniz? Heç olmasa bir anlığa özünüzü elə Nurayın yerinə qoyardınız. 10 ildə iki dəfə atasını görən bir qızcığaz atasını qəbul edə bilər? Məncə, Nuray haqlıdır! Onun haqqı var ki, o, atasına getməsin və imtina eləsin.
10 yaşlı bir uşağa qarşı belə bir hərəkətin yalnız bircə adı var, Vəhşilik!

Nuray Əvəz Bayramovun doğma övladıdır. Ata öz doğma övladına qarşı belə qəddarcasına davranarmı? Və ya Ə. Bayramovun ata olması hər şey deməkdirmi? Fikrimcə, Nurayın Ə. Bayramovun övladı olması, o demək deyil ki, ata onun qarşısında bir valideyn öhdəliyini tam şəkildə bərqərar edib. Tək övlad dünyaya gətirməklə valideyn olmur. Valideynin övlad qarşısında öhdəlikləri var ki, gərək valideyin o qayğını övladına verə bilə. Övladı bu qayğıdan məhrum etməyə. Ələlxusda körpə vaxtlarında. Bu öhdəlikliklər övladı tək dünyaya gətirməklə bitmir. Övladın dünyaya gəlməsindən sonra başlayır. İndi, hakimlər və icra məmurları desin Əvəz Bayramov Nuray balasının qarşısında valideyni- atası olaraq hansı öhdəlikləri yerinə yetirib? Və, bu gün o, nə haqla Nurayı icra məmurlarının köməyi ilə zorla alaraq götürmək istəyir?! Ən azında Quba rayon Məhkəməsi əvvəlcə bu halları aydınlaşdırmalı idi. Daha sonra uşağın kimə veriləcəyinə qərar verməli idi.

Ədliyyə Nazirliyi Quba Rayon Məhkəməsində baş vermiş hadisə ilə bağlı yayıdığı məlumatda isə icra məmurlarının heç bir kobudluğa yol vemədikləri, video-çəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yarandığını qeyd edir. Görünür, Ədliyyə Nazirliyinin səlahiyyətliləri video-çəkilişi yaxşı göz ardı etməyib. Onlara məsləhətim odur ki, həmin video-süjeti bir daha gözardı etsinlər. İnanıram ki, Ədliyyə Nazirliyinin rəhbərliyi bu görüntülərə seyirçi qalmayacaq və icra məmurları barədə ciddi ölçülər götürüləcəkdir.



Baxış sayı: 480