loading...
Qadınların gözlədiyi 2017-i dəbi - Azərbaycanda hansı geyimlər üstünlük təşkil edəcək?

Qadınların gözlədiyi 2017-i dəbi - Azərbaycanda hansı geyimlər üstünlük təşkil edəcək?2017-ci ilin ilk günlərini yaşayırıq.
Qadınlar maraqla bu ilin dəbini gözləyir.


Artıq dünyaya dəbi diktə edən modelyer və stilistlər də yeni ilin dəbi haqda məlumatlar verirlər. Hətta, 2016-2017 payız-qış kolleksiyası təqdim olunub. Kolleksiyaya nəzər salanda görürük ki, işləməli, çiçəkli parçalardan hazırlanana geyimlər üstünlük təşkil edir. 2017 qış modasındakı ən gözəl rənglərdən biri olan çay mavisi, yəni “riverside” rəngi çox xoş bir tona sahibdir. Bu rəng H & M, Michael Kors və Trussardi kimi markalarda gözə çarpır. Mavi rəngi də, şübhəsiz ki, 2017 mövsümündə hər yerdə görəcəyik. Səma mavisi, yəni air-blue rəngi də bunlardan biridir. Boz rəngin tonlarını hər mövsümün qış modasında görməyə öyrəşmişik. Sözügedən rəngin tonları bu qış da qadınların sevimlisi olacaq. Aurora red, yəni şəfəq qırmızısının tonları da ziyafət geyimlərində üstünlük təşkil edəcək.
Bəs, Azərbaycanda hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?
Musavat.com stilist Samir Əliyevlə bu ilin dəbini müzakirə edib. Stilist bildirib ki, 2017-ci ildə ağ, qara, göy, yaşıl rənglər dəbdə olacaq: “Bu il əsasən qırmızı rəngə üstünlük veriləcək, çünki qırmızı xoruz ilidir. Bilirsiniz ki, artıq 2016-2017 payız qış kolleksiyası təqdim olunub. Oradan da görürük ki, modelyerlər ağ-qara rənglərə üstünlük veriblər. Bu rənglər soyuq aylar üçün nəzərdə tutulub. 2017-ci ildə çiçəkli və işləməli parçalar ön planda olacaq. Yaz-yay kolleksiyası isə göy, yaşıl, sarı, qırmızı rənglər üstünlük təşkil edəcək. Ziyafət geyimlərində əsasən xanımlar qırmızıya üstünlük versələr, zövqlü görünürlər.
Bu ilin makiyaj trendi: Makiyaj xanımların vaz keçilməzidir. Əgər ötən il qalın qaşlar dəbdə idisə, bu il sadə, nazik qaşlar dəbdə olacaq. Dodaqlarda isə effektli, yəni 3 rəngə boyanmış makiyaj üstünlük təşkil edəcək. 2017-ci ildə makiyajda dodaqların ön olanda olması əsas götürülüb. Gözlərə sadə makiyaj edilsə də, dodaqlar daha dolğun və diqqətçəkici bəzədilməlidir. Bu il göz makiyajında uzunan özlər əsas götürüləcək.
2017-ci il saç modası: Saçlara gəldikdə isə qısa və eyni uzunluqda olan saçlar dəbdə olacaq. 70-ci illərin karesi xanımların sevimlisinə çevriləcək. Ötən il ön hissəsi və ya bir tərəfi uzun, bir tərəfi qıza saçlar modda idi. Bu ilin dəbi onlardan tam uzaqdır. Uzun saçlar barədə isə hələ ki, heç nə deyə bilmərəm. Amma yenə də xanımlar üz quruluşuna uyğun saç modellərinə üstünlük versələr, məqsədəuyğun olar.
Ziyafət geyimləri: Xanımlar əsasən rəngarəng libaslara üstünlük versinlər. Qara ziyafət geyimləri daim dəbdədir. Amma bu il modelyerlər tərəfindən məsləhət görülmür. Xanımlar göy, qırmızı, yaşıl libaslar seçsələr, daha şarmlı görünərlər.

Qadınların gözlədiyi 2017-i dəbi - Azərbaycanda hansı geyimlər üstünlük təşkil edəcək?
Qadınların gözlədiyi 2017-i dəbi - Azərbaycanda hansı geyimlər üstünlük təşkil edəcək?



Baxış sayı: 238