SON XƏBƏRLƏR
loading...
Jurnalist Qənirə Ataşova ölkədən çıxışı ilə bağlı məhkəməyə müraciət edib

Bu barədə vəkil Elçin Sadıqov özünün facebook səhifəsində məlumat paylaşıb.
Jurnalist Qənirə Ataşova ölkədən çıxışı ilə bağlı məhkəməyə müraciət edib
Vəkil Elçin Sadıqovun müvəkkili ilə bağlı yayımladığı açıqlamada bildirir ki, "ANS Tv ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılmış, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılmışdır.

Araşdırma zamanı məlum olmuşdur ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur.

Bildiririk ki, Qənirə Ataşova ANS-in ştat üzrə işçisi olmamış, ANS-lı xidmət müqaviləsi əsasında əməkdaşlıq etmiş, ANS-in vəzifəli şəxsi olmamış, heç vaxt terrorçuluğun təbliğinə yönələn heç bir çağırış etməmişdir.

Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda AR Baş Prokrorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

Jurnalistin öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin qoyulması İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinə ziddir."



Baxış sayı: 282