SON XƏBƏRLƏR
loading...
Cenevrədə Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunur

Cenevrədə Kiprin yunan və türk icmaları liderlərinin danışıqları bərpa olunurKiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı bu gün Cenevrədə ərazi məsələlərinə dair danışıqları bərpa edəcəklər.

İki gün davam edən danışıqlarda BMT-nin xüsusi elçisi Espen Bart Eydenin də iştirakı gözlənilir.

Yanvarın 12-də isə Yunanıstan, Türkiyə, Böyük Britaniya və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır. Avropa İttifaqının nümayəndə heyətinə Avropa Komissiyasının sədri Jan-Klod Yunker başçılıq edəcək.

Kiprin birləşməsinə dair danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevralında bərpa edilib. 2016-ci ilin noyabrında İsveçərədə keçirilən danışıqlar Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.(apa)



Baxış sayı: 76