SON XƏBƏRLƏR
loading...
Aksiyanı çəkən jurnalis polis bölməsinə aparılıb

Aksiyanı çəkən jurnalis polis bölməsinə aparılıb"Sonolay.org" xəbər verir ki, Nazirlər Kabineti qarşısındakı aksiyanı çəkən “Kanal 13 Tv”-nin əməkdaşı jurnalist Teymur Kərimov, operator Alış Abdullayev polislər tərəfindən saxlanılaraq Səbail rayon 9 –cu polis bölməsinə aparılıblar. Üç saat bölmədə saxlanılan KİV nümayəndələri həmin ərazidə çəkiliş aparmayacaqlarına dair izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, üç gün əvvəlki tarixdə də Teymur Kərimov, “Real media Gropun” rəhbəri Emin Ramazanov və Reportyor.org saytnın əməkdşı Prezident aparatı qarşısındakı aksiyanı çəkərkən də saxlanılmışdılar. Həmin vaxt onlar dörd saatdan artıq prezident administrasiyasının zirzəmisində saxlanılmış və aksiyanı əks etdirən görüntülər kameradan silindikdən sonra sərbəst buraxılmışlar.

Sonolay.org



Baxış sayı: 83