SON XƏBƏRLƏR
loading...
Mehman Hüseynov : Məni 3 saat başımda torba, üzü aşağı saxladılar

Mehman Hüseynov : Məni 3 saat başımda torba, üzü aşağı saxladılarMehman Hüseynov jurnalistlərə saxlanılan zaman ona verilən fiziki təzyiqlərdən danışıb.

O, deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

“Mən özümdən getmişəm. Bir də hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər.”

Mehman Hüseynov işgəncələrdən danışır

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub.

“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.




Baxış sayı: 279