SON XƏBƏRLƏR
loading...
“ABŞ-a qarşı kiberhücumlarda Rusiya tək deyil” – Tramp

“ABŞ-a qarşı kiberhücumlarda Rusiya tək deyil” – Tramp“ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir”.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.

“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.

O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.



Baxış sayı: 86