SON XƏBƏRLƏR
loading...
ABŞ-da neft ehtiyatları artaraq 533 milyon barelə çatıb

ABŞ-da neft ehtiyatları artaraq 533 milyon barelə çatıbABŞ-da kommersiya xam neft ehtiyatları martın 17-də başa çatan həftə ərzində 5 milyon barel artaraq 533,1 mln. barelə çatıb.

"Report" xəbər verir ki, bu barədə Enerji İnformasiyaları İdarəsinin (EIA) hesabatında qeyd olunur.

Bir həftə əvvəl ABŞ-da neft ehtiyatları 200 min barel azalaraq 528,2 mln. barelə düşmüşdü.

ABŞ-da neft idxalı həftə ərzində əvvəlki həftə ilə müqayisədə sutkada 902 min barel artaraq 8,3 mln. barelə çatıb.



Baxış sayı: 415