SON XƏBƏRLƏR
loading...
Manatın dəyərdən düşməsi ehtimalı payız aylarında daha çoxdur

Manatın dəyərdən düşməsi ehtimalı payız aylarında daha çoxdurSon hərraclar da göstərdi ki, Mərkəzi Bankın müəyyənləşdirmə məzənnəsində dollar 1,70 civarındadır. Bu qırmızı cizgidir, Mərkəzi Bank dolların qiymətinin bundan aşağı düşməsini istəmir.

Bunu SalamNews-a iqtisati ekspert Natiq Cəfərli İslam Oyunları zamanı dolların ucuzlaşmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, İslam Oyunlarına sayılı günlər qalıb: “Hesab etmirəm ki, Mərkəzi Bank qırmızı cizgini və rəsmi məzənnəni 1.70-dən aşağı çəkməyə razı olsun. Çünki bunun digər tərəfi də var ki, məzənənə aşağı düşdükcə Neft Fondundan büdcəyə transfer edilən vəsait artır. Dollar ucuzlaşarsa, Neft Fondunun vəsaitlərinin azalması ehtimalı yaranar. Çünki, Neft Fondundan çıxan vəsait manata çevrilərək büdcəyə daxil olur, nə qədər aşağı məzənnnə olsa, bir o qədər çox dollar dəyişib, manata çevirib büdcəyə ödəmək lazım gələcək. Bu isə, hökumətin istədiyi bir şey deyil. Ona görə, İslam Oyunları ərəfəsində dolların kəskin ucuzlaşması gözlənilmir, bu tempdə də getməsinin ehtimalı çox yüksəkdir. Ən azından bu, Novruz bayramında bir eksperment kimi bu yaşandı.

Xaricdən gələn turistlərdən daha ucuz valyutaların alınması taktikası ilə banklara yardım, dəstək aksiyası keçirilib. Çünki, bankların vəziyyəti çox ağırdır, ancaq valyuta əməliyyatlarından pul qazana bilirlər. Devalvasiyadan öncə, yüz dolların alqı-satqı arasındakı fərq 15-20 qəpik idi. Banklar 15-20 qəpik qazanırdılar, indi yüz dolların alqı-satqısından, alışı və satışı arasındakı fərqdən təqribən 6-7 manat qazanırlar. Bu isə bankların əsas gəlir mənbəyinə çevrilib. İslam Oyunlarında təqribən 30-35 min turistin gəlməsi ehtimal var, həmin dövrdə məzənnəni indiki səviyyədə saxlamaları ehtimal edilir.

İslam Oyunları bitdikdən sonra isə, Formula 1 yarışları keçiriləcək. Həmin ərəfədə də turistlər gələcək. Ona görə də bütün bu idman yarışları arxada qaldıqdan sonra məzənnədə hər hansı bir formada dəyişiklik olacaq. Amma əsas problemlər ilin sonuna yaxınlaşdıqca olacaq. Biz hər il bunu görmüşük, bu il də payız aylarında məzənnədə daha ciddi oynamaların olması ehtimalı var. Manatın dəyərdən düşməsi ehtimalı payız aylarında daha çoxdur".



Baxış sayı: 344