SON XƏBƏRLƏR
loading...
Vicdanlı vətəndaş, qətiyyətli vətənpərvər, sadiq general – Ramil Usubov

Vicdanlı vətəndaş, qətiyyətli vətənpərvər, sadiq general – Ramil UsubovVətənin əbədi ağrısına çevrilən bir məkanda – Xocalıda dünyaya göz açdı Ramil Usubov. Bəlkə də bu, Xocalı ağrısı onu bu qədər məsuliyyətli, bu qədər vətənsevər, bu qədər ciddi bir vəzifə adamına çevirdi

Ramil Usubov fəaliyyətinin ilk illərindən erməni xəyanətkarlarının əhatə etdiyi Qarabağda, çox çətinliklərlə, çox problemlərlə üzləşdi. Bu çətin bir mühitdə öz soydaşlarımı şərdən, böhtandan qorudu, onların asayişini təmin etdi. Belə çətin bir mühitdə formalaşdı - yetişdi, həm də özünü erməni millətçilərinin şər-böhtanından qoruyaraq, rəhbərinə sədaqətilə vəzifədə irəliləməyə başladı.

Xankəndində, Şuşada yüksək postları ona həvalə etdilər. o, bu postlarda ləyaqətlə, bacarıqla, vicdanlı şəkildə fəaliyyət göstərərək, yüksək təhbərliyin etimadını qazandı. Sonra, 1984-1987-ci illərdə Əlibayramlı kimi böyük bir şəhərin daxili işlər orqanında rəis kimi qüsursuz fəaliyyət keçdi.

Gənc zabit olaraq artıq o, rəhbərliyin yüksək etimadını qazanmışdı. Bu səbəbdən gənc yaşlarında onu, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri vəzifəsinə təyin edildi. Öz bacarığı və sədaqətiylə seçilən gənc nazir bu vəzifəsində də qüsursuz işləyərək, Nazirliyin daha yüksək postlarına layiq görüldü. 1989-1993-cü illərdə Daxili İşlər Nazirliyinin bir sıra yüksək postlarında çalışdı. Bütün bu mərhələləri bacarıqla keçən Ramil Usubovu, nəhayət, 1994-cü ildə Azərbaycan Respublikasının Daxili İşlər Naziri təyin etddi
xalqımızın xilaskarı prezident Heydər Əliyev...

Bu, çox məsuliyyətli bir vəzifə idi - yeni qurulmuş bir dövlətdə bu vəzifəni icra etmək. Çoxsaylı problemlərlə üzləşən gənc bir dövlətin Daxili İşlər naziri çox səbatlı, iradəli, təcrübəli, qətiyyətli və vətəninə, dövlətinə bağlı bir adam olmalı idi. Ramil Usubov da bu keyfiyyətlərin olmasını zaman göstərmişdi. Məhz bu keyfiyyətlərin onda olduğunu Ulu Öndərimiz də gördüyü üçün ona etimad göstərdi . Təsadüfi deyildi ki, gənc bir dövlətin Daxili İşlər Naziri olaraq, uzun müddət, bu postun məhz bu şəxsə etibar edilməsi onun vətənpərvər, bacarıqlı və sadiq insan olmasıdır. Yazımın əvvəlində də qeyd etmişdim ki, Xocalıda doğulmağı da, onun məsuliyyətini və vicdan yükünü daha da artırır!

Xocalı faciəsindən sonra, bir daha belə faciələr olmasın deyə, ölkədə müdafiə və antiterror əməliyyatlarında, polislərin də fəal mübarizəsi onun cəsarətindən və qətiyyətindən yarandı. Dəfələrlə erməni terrorunun qarşısı alındı. Ramil Usubovun göstərişi ilə ilk illərdə polis qüvvələri ordumuza geniş dəstək verdi. Ordumuz möhkəmlənənə qədər polis qüvvələri ordumuzun arxasında durdu, hər an ona dəstək verdi. Xocalıda doğulub böyüyən, Vətənpərvər bir general, məhz belə olmalı idi, belə də oldu! Elə indi də polis qüvvələri hər an əməliyyatlara hazırdır, ordumla çiyin-çiyinədir.

Yeni yaranan bir dövlətdə, çoxsaylı seperatist insidentlər, terror cəhdləri siyasi demoqoqiya, korrupsiya, qaçaqmalçılıq, narkobiznes, çevriliş cəhdləri çox rast gəlinən hallardır. Uzun illərdir ki, vicdanlı generalımız bu hallarla çox gərgin mübarizə aparır. Bu ağır mübarizənin izləri onun üzündə, simasında, çox aydın görsənir. Amma bu gərginliyin yaratdığı ağrılar və izlər, ona ümumxalq sevgi qazandırıb. Vətənin fədakar bir igid oğluna çevirib.

Gəlin etiraf edək ki, ümumən mənfi bir obraz kimi hələ Sovet dövründə formalaşan milis-polis obrazını gözümüzdə müsbətə doğru dəyişən, məhz Ramil Usubov oldu. Gücü Heydər Əliyevdən alan vətənpərvər genereal gecəsini, gündüzünə qataraq, polis orqanlarında apardığı ardıcıl islahatlarla, nəhayət, yeni müsbət bir polis obrazı yaratmağa nail oldu. Indi xeyirxah, cəfakeş, xalqsevər, vətənsevər diqqətli polis əməkdaşları hər zaman bizi məmnun edir və sevindirir.

Dövlət Yol Polisi orqanlarında da aparılan geniş islahatlar öz bəhrəsini verməkdədir. Indi çox sivil yol polisi xidməti yaradılmışdır Azərbaycanımızda.
Bu islahatlar Avropa qanunvericiliyi səviyyəsindədir artıq. İndi çəkinmədən deyə bilərəm ki, daha polislər lüzumsuz müdaxilələr edə bilmir, vətəndaşların asayişi və cangüvənliyi tamamilə qorunur. Günahı olmayan vətəndaş incidilmir, təcridxanala salınmır. Məhkəmə müdaxiləsi olmadan, vətəndaşlar həbsə məruz qalmırlar. Yol polisi xidmətində də rüşvətxorluq, özbaşınalıq tamamilə aradan qaldırılması və Yol hərəkətinin yüksək, sivil qaydalarla tənzimlənməsi hər kəsi sevindirir. Bundan başqa, Prokurorluq və Təhlükəsizlik qüvvələriylə sıx əməkdaşlığının təmin olunması narkotik və digər qacaqmalçılıqla amansız mübarizəni müvəffəqiyyətlə həyata keçirir.

Mütəşəkkil cinayətkarlıqla mübarizəni də amansızlıqla aparan Ramil Usubov bu sahədə də çoxlu qələbələrə imza atmışdır. Ölkədə banditizm, terrorizm hadisələrinin qarşısı vətənpərvər polis əməkdaşları tərəfindən tamamı ilə alınıb. Hər hansı dövlətçiliyimizə zərbə vurulacaq bir olay dərhal igid polislərimizin dirənişi ilə üzləşir. Indi bu gənc dövlətimiz sabit, asayişli bir ölkəyə çevrilib!

Əlbəttə, ölkə başçısı cənab İlham Əliyev də atası kimi, belə bir bacarıqlı, vicdanlı, sadiq generalı təltifsiz qoya bilməzdi. General Polkovnik rütbəsindən sonra, ona Azərbaycan Bayrağı Ordeni ilə mükafatlandırdı. Mən əminəm ki, sevimli prezidentimiz yaxın zamanlarda, generalımıza digər mükafatlar verib, təltiflər də edəcək...

Asayişin, dövlətçiliyin, təhlükəsizliyin keşiyində duran, onun qarantı olan, digər generallarımız kimi bir generalımız da var . Ali Baş Komandanın əsgəri, xalqının qətiyyətli igid oğlu, gözəl ata və əməyi ilə ucalan sadiq GENERAL Ramil Usubov...!!!

Ramin Məhəmmədoğlu,



Baxış sayı: 789