loading...
Rusiya, homoseksuallar, ermənilər və Eldar Mahmudov...- “Facebook” bu yazılarımızı niyə bloklayır?

Rusiya, homoseksuallar, ermənilər və Eldar Mahmudov...- “Facebook” bu yazılarımızı niyə bloklayır?Son bir neçə aydır ki, Moderator.az saytının bir sıra yazılarının paylaşımı “Facebook” tərəfindən bloklanır. Bu əsasən Rusiya, ermənilər, Qarabağ, homoseksuallar, ləğv olunmuş MTN və onun rəhbəri Eldar Mahmudov barəsində olan materiallara aiddir. Material paylaşılandan bir neçə saat, bəzən bir gün sonra bloklanır.

Bildiyimizə görə, “Facebook” içərisində ağır təhqir, söyüş, pornoqrafik görüntülər olan materialları bloklamalıdır. Amma maraqlıdır ki, Moderator.az-ın yazılarında və ayrıca sözügedən yazılarımızda heç bir təhqir-filan olmur.

Məsələn, bu yaxınlarda “Allahın Kremlə qəzəbi tutdu?”(http://www.moderator.az/news/179821.html), “Rusiyalılar Dağlıq Qarabağa bu pasportlarla gəlirlər”(http://www.moderator.az/news/180825.html), “İsraildə 200 minlik maviyə görə yollar bağlandı”(http://www.moderator.az/news/180994.html) və s. kimi xəbərlərimizin paylaşımı bloklanıb. Deyək ki, Rusiya, Dağlıq Qarabağ və ermənilərlə bağlı yazılar ölkəmizdəki “5-ci kalon”un, cinsi azlıqlarla bağlı yazılar LGBT-nin sifarişi ilə bloklanır. Bəs keçmiş MTN və onun rəhbəri Eldar Mahmudov haqqındakı məhkəmə faktlarına əsaslanan xəbər və ya hüquqşünas rəylərinə kimin sifarişi ilə qadağa qoyulur. Məsələn, dünən təqdim etdiyimiz “Eldar Mahmudova milli qəhrəman adı verilməsini təklif edən şəxslər olub...” başlıqlı yazı( http://www.moderator.az/news/182072.html)...
Əlaqədar rəsmi qurum və mütəxəssislərdən bu suallara cavab tapmaqda yardımçı olmalarını xahiş edirik...

Sultan Laçın



Baxış sayı: 483