loading...
Türkiyənin məşhur teleaparıcısı qətlə yetirildi - FOTO, VİDEO (YENİLƏNİB)

Türkiyənin məşhur teleaparıcısı qətlə yetirildi - FOTO, VİDEO (YENİLƏNİB)Türkiyənin məşhur teleaparıcısı qətlə yetirilib.

Sonolay.org milliyet.com-a istinadən xəbər verir ki, 43 yaşlı Vatan Şaşmaz keçmiş model 55 yaşlı Filiz Akerin açdığı atəş nəticəsində ölüb. Filiz Aker daha sonra silahı başına dayayaraq özünü öldürüb.

İddiaya görə, Vatan Şaşmaz onu öldürən modellə sevgili olub və 1 aydır ki, onunla Beşiktaşdakı məşhur bir otelin 10-cu mərtəbəsində qalırmış. Məlumata görə, cütlük əvvəlcə otel otağında mübahisə etməyə başlayıb. Bu vaxt Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmaza 3-4 dəfə atəş açıb. teleaparıcı hadisə yerində ölüb. Bundan sonra Filiz Aker silahı özünə tuşlayıb və atəş açıb.

Səsi eşidən otel işçiləri qapını qıraraq içəri girib və qorxunc mənzərə ilə qarşılaşıblar. Bildirilir ki, Vatan Şaşmazın cəsədi qapının yanında, Filiz Akerin cəsədi isə yataqda olub.

Qətl hadisəsi ilə bağlı bir nəfərin saxlanıldığı idda olunsa da, daha sonra bu iddia prokurorluq tərəfindən təkzib olunub. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı açıqlama verərək, istintaq başlandığını, otel otağında araşdırma ağarıldığını bildirib.

Açıqlamada həmçinin cinayətlə bağlı şahidlərin ifadəsinin alındığı, cəsədlərin ekspertiza üçün tibbi ədliyyəyə göndərildiyi qeyd olunub.


Türkiyənin məşhur teleaparıcısı qətlə yetirildi - FOTO, VİDEO (YENİLƏNİB)



Baxış sayı: 290