SON XƏBƏRLƏR
loading...
İcra başçısı Qurban bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib - FOTOLAR

İcra başçısı Qurban bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib - FOTOLARFüzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı münasibəti ilə rayon ərazissindəki “N” saylı Hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: - “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Alı Alıyev bir daha əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət göstərməyi tövsiyyə edib, onlara qələbə sevinci arzulayıb.

Hərbi hissə komandanlığı bu cür görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

İcra başçısı Qurban bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib - FOTOLAR
İcra başçısı Qurban bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib - FOTOLAR
İcra başçısı Qurban bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib - FOTOLAR
İcra başçısı Qurban bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib - FOTOLAR



Baxış sayı: 330