SON XƏBƏRLƏR
loading...
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)

Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq… Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.


Üsyanla nəticələnən qudurğanlıq…

Sonolay.org xatırladır ki, bu sözləri prezident İlham Əliyev çıxışlarının birində demişdi. Maraqlı və diqqət çəkən çıxışdır. Amma nə yazıq ki, bu çıxışdan sonra da məmur övladları harın hərəkətlərini
dayandırmadılar. İlham Əliyev hökümətində ən yüksək səviyyədə vəzifə tutan, Aydın Bəşirov, Nazim İbrahimov, Əli Həsənov və onlarla digər məmurların, hətta icra başçılarının, polis rəislərinin, iş adamlarının övladlarının meşşan, qudurğan yaşayış tərzlərinin, yarı çılpaq əyləncə şəkillərinin, eyş- işrət məclislərinin, bahalı evlərinin və maşınlarının foto görüntüləri , törətdikləri cinayətlərlə gündəmə gəldilər.
Sonolay.org həmin hadilərin xronologiyasın təqdim edir.

Vəzifəli imkanlı şəxslərin övladlarının ataları kimi qudurğan hərəkət etməsi yeni hadisə deyil. Xatırlayırsınızsa bu barədə ilk məlumatlar nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 100 min manata ayı əti yeməsi ilə gündəmə gəldi. Sonrakı vaxtlarda isə Vasif Talıbovun oğlu ərköyün hərəkətləri və bahalı maşınlarını nümayiş etdirməklə özünü göstərdi. Sonrakı dövrlərdə bu “özünü göstərmələr” sislislə halını aldı və məmur övladları arasında bəhsə- bəhs yarışı yaratdı. Bu hərəkətlərin kulminasiya nöqtəsi 2013-cü ilin məşhur İsmayıllı qiyamı oldu. Ona görə ki, məhz həmin hadisələrdən sonra dövlət başçısı danışmaq və barmaq silkələmək məcburiyyətində qaldı…Yeri gəlmişkən qeyd edək ki, İsmayıllı rayon İcra hakimiyyətinin o zamankı başçısı Nizami Ələkbərovun oğlunun içkili vəziyyətdə maşını yüksək sürətlə insanların üstünü sürüb, idarə etdiyi maşını ağaca vuraraq sonra yerli sakinləri təhqir etməsi adı çəkilən rayonda camaatın ayağa qalxmasına və icra başçısına məxsus “Çıraq” otelini yandırması ilə nəticələndi.

“Kefimiz kök olub, etmişik”

Daha sonra gündəmə başqa bir məmur oğlu gəldi. Dəyəri 250 min manat olan “Mercedes Gelandewagen G55 AMG” markalı avtomobili yüksək sürətlə idarə edərək içkili vəziyyətdə qəza törədən məmur övladı görkəmli tarzən, xalq artisti Ağasəlim Abdullayevin 4 yaşlı nəvəsi və həyat yoldaşını öldürdü. Daha üç nəfər, o cümlədən xalq artistinin özü isə ağır yaralandı. Bir ailənin iki üzvünün öldürən, üç üzvünü ağır yaralayan “Gelandewagen”in sürücüsü isə Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid Mədətov idi. Qəzadan sonra o və yanındakılar “Gelandewagen”in dövlət nömrə nişanını (90 FE 007) açaraq aradan çıxmışdılar. Mübariz Mədədtov Aydın Bəşirovla qudadır.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat-biznesmen Elton Məmmədovun oğlu Aynar Məmmədov Zığ şossesində son model “BMW”də saatda 240 kilometr sürətlə necə şütüdüyünü avtomobilin bort kompüterinin göstəricilərini çəkib İnstagram-da yaymışdı.
Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı.
Səbəbini də polis bölməsində, “kefimiz kök olub, etmişik” deyərək bildirmişdi. O hadisədə də deputat oğlu cəzalandırılmamışdı.

Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)Bu il də qudurğan məmur və biznesmen övladlarının iştirakı ilə xeyli hadisə olub. İlk olaraq Azərbaycanın iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcovun atasından icazəsiz idarə etdiyi “Porşe” markalı avtomobillə gənc qadını vurub öldürməsi yada düşür.

Daha sonra general Novruzəli Orucov oğlunun xuliqanlığına görə vəzifəsi ilə vidalaşdı. Şübhəsiz ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza ilə damğasını vurdu.
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov öldülər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirildilər. Hadisəni ciddi-cəhdlə gizlətməyə çalışsalar da heç nə alınmadı. Hətta deputat Astan Şahverdiyev hadisə olan zaman Nailin evdə olduğunu demişdi. Sonradan deputat sözlərini geri götürməli oldu. Məsələ ictimailəşdi. Baz nazirin müavini n əvəsinin öldürdüyü şəxsin övladlarının evinə şəxsən gedərək üzrxahlıq etdi. Nail Allahverdiyev isə həbs olundu.

Fenomen Şahmar İbadov
Son belə hadisəni isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu törətdi.

Əldə etdiyimiz məlumatlardan belə aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib. Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib. Hətta yerli saytlardan birinə bununla bağlı açıqlama da verib. O bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil.

"Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq”, - Şahmar İbadov bildirib.

Bu məlumatdan sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.

Məmur oğlunun bu kolleksiyasında bahalı "Gelandewagen" markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı "Gelandewagen"in şəhərdə tez-tez göründüyü bildirilir.

Hadisədən sonra Elmarın "Instagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.
İcra başçısının müavini hadisənin şişirdilməməsi üçün mətbuatda əlindən gələni etdi ki, hadisə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyin törətdiyi qəza kimi geniş kütləyə çatmasın. Və müəyyən mənada buna nail oldu.
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Şahmar İbadovun oğlu ilə bağlı xəbər demək olar ki, bütün böyük saytlardan yığışdırıldı. Şahmar İbadovdan açıqlama alan sayt belə yazısını sildi. Yazıların qaldığı azsaylı portallar isə ya ələ alınır, ya da təzyiq edilir.
Maraqlıdır ki, icra başçısının müavini olan Şahmar İbadov baş nazirin müavini Əli Həsənovdan daha qoşaq çıxaraq mətbuata nüfuz edə bildi. Bu şəxsin haqqında maraqlı informasiyalar var. Onlardan biri də odur ki, müavinin gücü və maliyyə dayaqları icra başçısı Abidin Fərzəliyevdən üstündür. İbadovun başçının yerinə iddialı olması haqda isə mediada kifayət qədər yazılıb.

Generalın taleyi o birilərini də gözləyir


Yenə ortaya maraqlı bir sual çıxır; Əcəba görəsən torpağının 20 %- i işğal olunan, 1 milyon qaçqını imkansız durumda yaşayan, müəllimi, həkimi, pensiyaçısı, Qarabağ qazisi ayda 200- 300 manat məvacib alan bir ölkədə bu məmur övladları havaya sovurduqları, 300- 400 min manata maşın, dəyəri milyonlarla ölçülən vilalar alıb, kef məclislərini hansı pullarla keçirirlər? Təbii ki, atalarının pulları ilə. Bəs cəmisi 700- 1300 manat əmək haqqı alan məmur atalar bu milyonları hardan, necə əldə edirlər? Bax, əsas sual və məsələ budur. Heç şübhəsiz ki, həmin pullar xalqın cibindən oğurlanan, boğazından kəsilən, büdcədən çırpışdırlan haram, çirkli pullardır.
Sual yaranır; İlham Əliyev bu barədə məmurlara bütün xalqın gözü qarşısında var gücü ilə (hər halda TV ekranlarından belə görünür-red.) xəbərdarlıq edir, barmaq silkələyir, bəs niyə nəticəsi olmur? Hətta o çıxışlarının birində demişdi ki, elə bilməyin ki, xəbərsizəm. Mən hər birinizin hərəkətləri barədə tam məlumatlıyam. Bu o deməkdir ki, övladları cinayət törətmiş məmurlar gec-tez cəzalanacaqlar. Məlumatları gizlətməyin xeyri yoxdur. Şahmar İbadovu da Novruzəli Orucovun taleyi gözləyəcək

RAMİN MƏHƏMMƏDOĞLU
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)
Ayı əti, “Gelandewagen”, farmazonluq, qudurğanlıq- azərbaycanlı məmur övladlarının cinayətləri-SİYAHI (VİDEO)



Baxış sayı: 2645