SON XƏBƏRLƏR
loading...
Aygün fahişə obrazından danışdı:"YAŞLI KİŞİ İLƏ OLAN SƏHNƏDƏN SONRA..." - VİDEO

Aygün fahişə obrazından danışdı:"YAŞLI KİŞİ İLƏ OLAN SƏHNƏDƏN SONRA..." - VİDEOXalq artisti Aygün Kazımova “Sus” klipində canlandırdığı fahişə obrazından danışıb.

Sonolay.org xəbər verir ki, sənətçi “ATV Magazin onlarla”ya açıqlamasında klipində yaşlı kişi ilə səhnənin çəkilişinə görə çox pis olduğunu deyib:

“Yaşlı kişi ilə olan səhnədən sonra özümə gələ bilmirdim. O rolda olmaq mənə çox pis təsir etmişdi. Burada söhbət Aygün Kazımovadan yox, bir obrazda cəmlənən minlərlə qadından gedir. Bilirəm ki, bu klipə baxanda çox xanımlar bir şeylər hiss edəcək, susacaq. Bu, yeganə peşədir ki, xoşbəxtlikdən seçilmir. Həmin səhnədən sonra çox ağladım, gözümün yaşı qurudu. Elə bir mövzudur ki, buna baxandan sonra hər kəs gərək doğrudan da, sussun”.

Sonolay.org




Baxış sayı: 346