SON XƏBƏRLƏR
loading...
Beyləqanda məktəbli qızı zorlayanlar azadlıqda gəzir-MÜƏMMALI İSTİNTAQ

Beyləqanda məktəbli qızı zorlayanlar azadlıqda gəzir-MÜƏMMALI İSTİNTAQCinayətkarlığın çiçəklənməsi təkcə böhranı doğurmur, eyni zamanda böhranın özü dünyaya yeni cinayətkarları gətirir. Böhran işsizlik, iqtisadi və sosial həyatda depressiyanın üzə çıxması və nəhayət ən ağlasığmaz kriminal elementləri ortaya qoyur.

Kriminogen böhran narkotik ticarəti, insan alveri və sair cinayətlərin sayın artırır.

Canilər azadlıqda- İsaxan Həziyev 30 min rüşvət verib?

Bu gün Beyləqanda kriminogen durun ürəkaçan deyil. Rayon gəncləri arasında narkotikə meyilli olan şəxsalərin sayı artır. Bakıya belə indi “ayaq açan” yüngün narkotik sayılan spayz Beyləqanda artıq çoxdan populyardır. Ancaq bu problem haqda ətraflı növbəti saylarımızda danışacağıq.
Bugünki mövzumuz isə Beyləqanda hüquq-mühafizə orqanlarının yarıtmaz fəaliyyəti ilə bağlıdır. Konkret bir cinayət işinin misalında yerli polislərin nə cür işləmələrinə şahid olacaqsız.

Özü də bu məsələ bütün respublikanın diqqət mərkəzində olan işdi. Söhbət Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı cinayət işindən gedir.

Sonolay.org-un əməkdaşları Beyləqana ezam olunaraq bu cinayət işi ilə bağlı ətraflı araşdırma aparıblar. Şahidlərin söylədikləri və dedikləri videolentə alınıb. Hazırda montaj işləri gedir. Montaj işləri yekunlaşdıqdan sonra videosüjeti geniş yazı ilə oxuculara təqdim edəcəyik.

Hələlik qısa olaraq bildirək ki, işin istintaqını aparan müstəntiq Telman Kərimov ağlagəlməz qanunsuzluqlara yol verib.

Əvvala, mətbuatda da gedən xəbərlərdə deyilirdi ki, məktəbli qız Ceyhunə ilə qeyri-təbii yolla cinsi əlaqədə 5 nəfər olub.

Ceyhunə özü təxminən bir ay qabaq müsahibə verərək, cinayətin əsas iştirakçılarının Babayev Rasim Nazim oğlu ilə, Həziyev Murad İsaxan oğlunun olduğunu bildirmişdi.

Rasim Ceyhunə ilə cinsi əlaqədə olmuş, Murad isə qızın yalvarışlarına baxmayaraq videolentə almışdı. (Yeri gəlmişkən həmin video bizdə təqdim olunub)
Ancaq 5 nəfərdən cəmi 2 nəfər həbs olunub-Kərimov Tural Şahin oğlu və Hümbətov Kamil Vahid oğlu. Əslində burada mütəşəkkil cinayətdən söhbət gedir. Bu cinayətdə 5 nəfər iştirak edib. Baş verən cinayət işində iki nəfər tutulub. Hazırda Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib azadlıqdadır. Hansı ki, onlar əsas iştirakçılardır.

Polis özbaşınalığı və susqun prokurorluq

Hadisə 1-ci Şahsevən kəndində baş verib. Kənd sakinləri deyir ki, çox şey gizli qalıb mətbuata. Əslində Ceyhunə ilə tək məktəblilər yox, yaşlı kişilər də qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu məsələ ilə bağlı ən azı 52 nəfər istintaq çağırılıb. Hərə bir yolla canını məsuliyyətdən qurtarıb.

Ceyhunəni öz dediyinə görə 9-cu sinifdən zorlayan Rasim Babayevin valideynləri, qohumları biznesmendir. Murad Həziyevin atası isə İsaxan Beyləqanda tanınmış məmurdur, o, Beyləqanda Eleəktrik Şəbəkəsində yüksək vəzifədə çalışır.

Şahidlərin söylədiyinə görə, Beyləqan rayon Polis Şöbəsinin İstinta Bölməsinin müstəntiqi Telman Kərimov hər iki gəncin ailəsindən 30 min manat alaraq onların azadlıqda qalmasını təmin edib. Üstəlik həm Rasimin , həm Muradın ata-anası cinayət işində hal şahidi kimi keçir. Bu artıq analoqsuz bir addımdır. Belə çıxır ki, yaşlı adamlar gəncləri cinsi əlaqə zamanı izləyib tamaşa ediblərmiş.

Məhkəmə prosesi zamanı İsaxan Həziyev, yaxud yoldaşı “ifadə” verə biləcəkmi bu haqda? Telman Kərimov bu haqda fikirləşməyib. Çünki onu bankla borclu olduğu, bağladığı 27 min dollarlıq krediti daha çox maraqlandırıb.

Müstəntiq fikirləşməyib ki, məhkəmə istintaqı bu qanunsuzluqları üzə çıxarsa özü məsuliyyət daşımalı, paqonlarla vidalaşmalı olacaq. Bu işlərə birbaşa rəvac verən isə Beyləqan Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev isə onu qorumağa meyilli olmayacaq. Füzüli Şıxəliyevin keçmiş MTN şefi Eldar Mahmudovun kadrı olması heç kimə sirr deyil. 2014-cü ilin fevralınadək DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Regional İdarəsinin rəisi işləyib.

Həmin müddətdə qeyri-qanuni həbs etdiyi sahibkarlardan böyük miqdarlarda pul tələb etməsi baradə isə məsələlər isə ayrı bir yazının mövzusudur.

Məsələ ondadır ki, istintaqa nəzarət orqanı Beyləqanda zəifdir. Beyləqan prokuroru Azər Osmanov polis rəisi Füzüli Şıxəliyevə nisbətən zəif fiqurdur. Odur ki, cinayət işinin istintaqı zamanı belə biabırçılıqlar baş verir.

Bütün bu olaylar haqda videosüjetimizdə ətraflı bəhs edəcəyik.

Bizi izləyin! İzləyin ki, baş verən analoji hadisədən dəqiq və ətraflı xəbər tutasınız.

Sonolay.org



Baxış sayı: 448