SON XƏBƏRLƏR
loading...
“Facebook” prezident seçkilərində Rusiyanın qara təbliğatının alətinə çevrildiyini etiraf etdi

“Facebook” prezident seçkilərində Rusiyanın qara təbliğatının alətinə çevrildiyini etiraf etdi“Facebook” sosial şəbəkəsi 2016-cı il prezident seçkilərində ABŞ prezidenti Donald Trampın qələbəsində başlıca rol oynayan amillərdən biri sayılır.

Şirkət bu günlərdə rusların pullu reklamlar vasitəsilə seçki öncəsi D. Trampın lehinə təbliğat apardığını təsdiqləyib. Bununla bağlı ABŞ Konqresində dinləmələr zamanı şirkət nümayəndəsi Kremllə əlaqədə şübhə duyulan yüzlərlə akkauntun sosial şəbəkədə 100 min dollar verərək reklam verdiyini etiraf edib.

“The New York Times” qəzetinin yazdığına əsasən, bu akkauntların sayəsində şəbəkədə 3 mindən çox reklam yayımlanıb. “Facebook” şirkətinni təhlükəsizlik idarəsinin rəhbəri Aleks Steymosun dediyinə görə, 2015-ci ilin iyunundan-2017-ci il mayına qədər gedən reklamların 470 saxta hesab tərəfindən verildiyi ortaya çıxıb. Facebook əməkdaşlarının bildirdiyinə əsaəsn, saxta akkauntlar Rusiyanın “İnternet araşdırmaları agentliyi” adlı firma tərəfindən yaradılıb. Bu şirkət sosial şəbəkələrdə yalan informasiyaların və bununla bağlı şərhlərin internet “trollar” vasitəsilə yayması ilə məşğuldur.

“ABŞ kəşfiyyat orqanlarının faş etdiyi bu fakt Rusiyanın Hillari Klintona zərər vurmaq və Donald Trampı dəstəkləmək üçün çalışdığını göstərir”,- qəzetin məqaləsində qeyd olunub.

Bununla bağlı əl-ayağa düşən “Facebook” nümayəndələri təhqiqatda can-başla iştirak edirlər. Steymos “Facebook”un bu sahədə xüsusi prokuror Robert Müllerlə çalışdığını da etiraf etməli olub. ABŞ Nümayəndələr palatasının Kaliforniyadan olan deputatı və Kəşfiyyat komitəsinin üzvü Adam Şiff “Facebook”un ifşasını Rusiyanın sosial şəbəkədən bu vaxta qədər bəlli olmayan tərzdə və yüksək dərəcədə istifadə etməsinin sübutu olaraq dəyərləndirib.

Şiff bununla bağlı “Faceboook”a hələ bir çox sulların olacağını sözlərinə əlavə edib: “Şirkət problem barədə ilk dəfə nə vaxt xəbər tutub; hansı təhlükəli əlamətlərə görə müəyyən edib; Rusiyanın bu əməliyyatı hansı səviyyələrdə aparılıb; gələcəkdə bu cür halların qarşısını almaq üçün nə ediləcək və s”.

“Ekspertlərin müəyyən etdiyinə görə, Rusiyanın saxta akkauntları məhz ABŞ-da öz reklamlarını konqkret hədəf auditoriyaya yönəldib”, - “The Washington Post” yazır. Bundan başqa, reklamların konkret bölgələrə doğru hədəfləndiyi də bəlli olub.

“The Washington Post” da bu akkauntların Sankt-Peterburqda yerləşən və “İnternet araşdırmaları agentliyi” adlanan “trollar ferması” ilə bağlı olduğunu yazır.

ABŞ kəşfiyyat orqanlarının hələ yanvar ayında verdiyi hesabatlarda “İnternet araşdırmaları agentliyi”nin prezident Vladimir Putinin yaxın adamlarından biri tərəfindən maliyyələşdirildiyi bildirilir.

Medianın verdiyi xəbərə görə, bu adam mətbuatda daha çox “Putinin aşpazı” olaraq tanınan oliqarx Yevgeni Priqojindir.



Baxış sayı: 169