SON XƏBƏRLƏR
loading...
Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)

Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)Latın Amerikası serialları maraqlıdır, bunu inkar etmək olmaz. Hətta insanların bu seriallara aludəçiliyi az qala psixi xəstəlik dərəcəsindədir. Bəs bu seriallar cəmiyyətə nəyi təbliğ edir və gənclərin tərbiyəsinə necə təsir göstərir?

Kimdir bu serialların müsbət qəhrəmanları? Milli dəyərlərimizə görə “ismətsiz” və ya “qeyrətsiz” adlandırıla biləcək qadınlar və ya kişilər. Bu seriallarda bəzən öz ailə namusunu qorumaq üçün mübarizə aparan kişilər “mənfi obraz” kimi təqdim olunur, ailədən kənar doğulmuş uşaqların ata-anaları isə “müsbət obraz” kimi təqdim olunur. Açıq-saçıq geyimlər və səhnələr də öz yerində. Bu seriallarda “sevgi” adı altında cinsi ehtiraslar əsas yer tutur, ailə isə ikincidərəcəli olmaqla əsl dəyərinə malik deyil. Başqa sözlə, bu serialların ideyasına görə xoşbəxt olmaq üçün daimi ailə vacib deyil, neçə dəfə istəsən evlənib-boşanmaq olar, əsas odur ki, “sevgi”(əslində isə cinsi ehtiraslar) olsun, o da ailədən kənar olsa da olar. Yəqin ki, bu Latın Amerikası xalqlarının öz mənəvi dəyərləridir. Bizim dəyərlərimizə görə isə, ailəsiz nə əsl sevgi var, nə də xoşbəxtlik. Buradan o nəticə çıxır ki, Latın Amerikası serialları ailəsizliyi təbliğ edir. Belə təbliğat isə milli varlığımıza və inkişafımıza qarşı yönəlmiş bir təbliğatdır.

Seriallara rayonlarda daha çox baxırlar. İstər istəməz bu da gündəlik həyatda özünü göstərir. Bəzən elə sevgi macəraları baş varir ki, braziliyalılar belə zəngin hadisələrlə dolu olan süjetə həsəd apara bilir.

Sonolay.org RealMedia.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri Ağcəbədidə baş verib. Ad çəkmək istəmirik. Rayondakı məktəblərdən birinin yaşlı direktoru (şəti ad kimi Luis Alberto deyək) gənc müəllimlərdən birinə vurulur. Həmin müəllimənin (adını şərti olaraq Mariya deyək) Rusiyada əri olmasına baxmayaraq direktora qarşılıq verir. Əlbətdəki bu əvəzsiz olmur, “Luis Alberto” sevgilisinə yaxşı baxır, dolandırır. Ancaq Ağcəbədi Braziliyanın San-Paolo kimi çoxmilyonluq şəhəri deyil axı. Balaca yerdi. Tezliklə rayon səviyyəsində söz-söhbət qalxır. Sonra hadisə mediaya yol tapır. “Luis Alberto”nun qulağından tutub işdən atırlar.

Ancaq Rayon Təhsil Şöbəsinə Solmaz Rəhimovanın təyin olunması ilə “Luis Alberto”nun ulduzu bir də parlayır. Onu tş-nə metodist kimi işə götürürlər.Üstəlik o sevgilisini, yəni “sadəjənə Mariya”nı da özü ilə təzə iş yerinə gətirir. Nə səbəbə- bu atrtıq başqa bir mövzudur. O haqda gələn saylarımızda yazacağıq. Ancaq pedaqoq adına yaraşmayan hərəkətlərlə, rüsvayçılıqla işdən çıxan “Luis Alberto” kimisinin niyə vəzifəyə təyin etməsilə bağlı jurnalist Solmaz Rəhimovaya sual verəndə o, “əşşi , o qoca kişidi, cavan qızın nəyinə lazım, onun cavan, yaraşıqlı əri var,gəlin köhnə yaraları qopartmayaq” deyir. Həmin audiosəsi təqdim edirik.




Baxış sayı: 5323