loading...
Ağcəbədidəki "N" saylı hərbi hissədə korrupsiya faktı - bölük komandiri Rövşən Əməşov gizir heyətindən pul yığır

Ağcəbədidəki "N" saylı hərbi hissədə korrupsiya faktı - bölük komandiri Rövşən Əməşov gizir heyətindən pul yığırIlin əvvəlində Respublika Hərbi Prokurorluğunda keçirilən geniş kollegiya iclasında çıxış edən hərbi prokuror Xanlar Vəliyev bildirmişdi ki, 2015-ci ilə nisbətən 2016-cı ildə Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb.

2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalıb. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, Silahlı Qüvvələrdə ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

Bəzi növ cinayətlərə rüşvətalma faktlarını aid etmək olar.

Hərbi hissələrdəki vəziyyət hər yerdə eyni deyil. Müxtəlif hərbi hissələrdə, müxtəlif problemlər hökm sürür. Əyalətlərdəki hərbi hissələrin komandirləri daha sərbəstdir. Əsgər -zabit münasibətləri nəzarət zəif olan yerlərdə daha bərbad vəziyyətdə olur. Müharibə vəziyyətindəki ölkə üçün orduda rüşvət vaxtının olması saatlı mina effekti kimidir. Dağıdıcı təhlükəsi böyükdür.

Sonolay.org xəbər verir ki, bu əsnada "Realmedia.az"-a verilən məlumata görə Ağcəbədidəki N saylı hərbi hissənin Rabitə bölüyünün komandiri Rövşən Əməşov baş leytenantlar Natiq Nəsibov və İslam Atakişiyevlə birlikdə qanunsuzluq edirlər. Onlar hər ay gizir heyətindən 40-50 manatdan pul yığırlar.

Adın qoyurlar ki, guya Müdafiə Nazirliyindən, yaxud korpusdan yoxlama gəlib. Onları yaxşı “qarşılayıb”, yaxşı “yola salamaq” lazımdır.

Bu 3 zabitin hər ay bu səbəbdən qeyri-qanuni ,əlavə 1000 manat gəlirləri olur.

Əməşov və onun tağım komandirlərinin əmrinə tabe olmayan gizirlər, “maxe”lər ən ağır söyüşlərlə təhqir olunur, sıxışdırılır.

Hər halda çox təəsüfedicidir ki, Səfər Əbiyevin zamanında olan neqativ hallar bəzi hərbi hissələrdə davam edir. Halbuki cəmiyyət Zakir Həsənovun belə hallara tamamilə son verdiyini düşünürdü.

Ümumiyyətlə isə bütün dünyada ordudakı problemlərin həllini, vətəndaş cəmiyyətinin nəzarətini təmin etməklə həyata keçirirlər. Azərbaycanda isə vətəndaş nəzarətinə imkan verilmir.

Mövzuya qayıdacağıq.



Baxış sayı: 361