SON XƏBƏRLƏR
loading...
Hərbi hissədə qalmaqal- Zabitlər bir-birlərinin üzünə durdular

Hərbi hissədə qalmaqal-  Zabitlər bir-birlərinin üzünə durdular Ağcəbədidən verilən son məlumata görə hadisə ilə bağlı artıq hərbi hissədə daxili araşdırmalara başlanılıb. Gecə saatlarında tələsik olaraq gizir və “MAXE” heyətindən izahat alınır. Ancaq məsələ ondadır ki, redaksiyaya cinayət barəsində məlumat verən gizir heyəti öz ifadələrini ancaq hərbi prokurorluq orqanlarında təsdiqləyəcəklərini deyirlər. Çünki daxili araşdırma zamanı təsdiqləsələr təzyiqlərin olacağını bilirlər.

Diğər tərəfdən onların ifadələri redaksiyamızda saxlanılır. Həm audio, həm yazılı. Dünəndən redaksiyamıza zəng edərək məsələni qabartmamağı xahiş edən “media orqanları” nın çabaları əbəsdir. Zakir Həsənovun təyinatından sonra ordudakı korrupsionerlər vəzifədən uzaqlaşdırılıb. Hesab edirik ki, orda-burda qalan azsaylı “Səfər Əbiyevçilər” də zamanla ifşa olunacaq.
***
Dünən hərbi hissələrdən birində baş verən qanunsuzluqlar və korrupsiya halları barədə ictimayyətə geniş məlumat vermişdik.

Həmin yazımızda qeyd etmişdik ki, Ağcəbədidəki N saylı hərbi hissənin Rabitə bölüyünün komandiri Rövşən Əməşov baş leytenantlar Natiq Nəsibov və İslam Atakişiyevlə birlikdə gizir və “MAXE” lərdə qan uduzdururlar. Onlar hər ay maaş vaxtı gizir və “MAXE” lərdən 40-50 manatdan məbləğində pul yığırlar.

Narazılıq edən olanda da deyirlər ki, Müdafiə Nazirliyindən, yaxud korpusdan yoxlama gəlib. Onları yaxşı “qarşılayıb”, yaxşı “yola salamaq” lazımdır.

Bu əsnada saytımıza məlumat verən etibarlı mənbə bildirir ki, bu 3 zabit hər ay qeyri-qanuni yolla, gizir heyyətindən əlavə 1000 manat qazanırlar.

Sonolay.org xəbər verir ki, bu əsnada “RealMedia.az”-ın əldə etdiyi məlumatlarda bildirilir ki, Rövşən Əməşov və onun tağım komandirlərinin əmrinə tabe olmayan gizirlər, “maxe”lər ən ağır söyüşlərlə təhqir olunur, sıxışdırılır.

Bu günləri isə bildirir ki, məqalə dərc edildikdən sonra hərbi hissədə adıçəkilən komandirlər arasında mübahisə yaranıb. Tərəflər günahı biri-birilərinin üstünə ataraq, bu yolla vəziyyətdən çıxış yolu axtarıblar .

Hesab edirik ki, Hərbi Prokurorluq hərəkətə keçərək hərbi hissədəki zərərçəkmiş gizir heyətini , həm də adıçəkilən zabitləri dindirməlidir.
Biz öz tərəfimizdən əlimizdə olam materialları təqdim etməyə hazırıq.

Sonolay.org



Baxış sayı: 120