SON XƏBƏRLƏR
loading...
Keçmiş arvadını öldürən sabiq polisin cəzası azaldıldı

Keçmiş arvadını öldürən sabiq polisin cəzası azaldıldıKeçmiş arvadını ölürməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb. 20 illik cəza 19 ilə endirilib.
Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

S.Əliyev barəsində olan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası 19 ilə endirilib.

Keçmiş arvadını öldürən sabiq polisin cəzası azaldıldı
Bundan başqa, S.Əliyevin adam öldürməyə cəhd maddəsləri Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib. 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.

Bildirək ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb.

Araşdırmalar zamanı öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib.
Keçmiş arvadını öldürən sabiq polisin cəzası azaldıldı
Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Mərhumun hadisədən bir neçə gün əvvəl itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub.

Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov



Baxış sayı: 98