loading...
“Qəlbimə şeytan girdi” - Bacısının evini yaran qardaşın etirafları - VİDEO

“Qəlbimə şeytan girdi” - Bacısının evini yaran qardaşın etirafları - VİDEOAbşeron rayonunda isə qardaş bacsının evini qarət edib.

ARB TV xəbər verir ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva Reyon Polis İdarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb.

Pərvin Haqverdiyev – Saxlanılan şəxs: “Şeytan girdi qəlbimə. Gördüm, götürdüm çıxdım evdən. Peşmanam”.

Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin Haqverdiyev restoranlarda xərclədiyini bildirib.

Pərvin Haqverdiyev – Saxlanılan şəxs: “Yeyib içdim. Olanda fəhlə işləyirəm, olmayanda işləmirəm”.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davamç etdirilir.




Baxış sayı: 114