loading...
Tanınmış politoloqdan sensasion iddia: "Putinin 5 rayonla bağlı 3 şərti var"

Tanınmış politoloqdan sensasion iddia: "Putinin 5 rayonla bağlı 3 şərti var"Vladimir Putinin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu feysbuk sosial hesabında qeyd edib.

Politoloq qısaca olaraq şərtləri açıqlayıb və bu barədə geniş təhlil hazırladığını qeyd edib.

Musavat.com politoloqun sözügedən statusunu təqdim edir:

"İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.

Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var.

“Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır."



Baxış sayı: 108