loading...
Məşhurlar Fədayə üçün oxuyub, klip çəkdirərmi?

Məşhurlar Fədayə üçün oxuyub, klip çəkdirərmi?Son günlərin ən çox müzakirə olunan mövzusu müğənni Fədayə Laçının həbs olunmasıdır.
İfaçı haqqında müxtəlif fikirlər, iddialar səsləndirilir. Bəziləri ona dəstək olsa da, çoxları həbs olunduğu üçün ifaçını qınayır. Laçına dəstək olanlar isə əsasən sənət dostlarıdır. Onlar öz fikirlərini sosial şəbəkədə bölüşərək həmkarlarının azad olunmasını arzulayıblar. Sənət adamları Türkiyədə narkotik üstündə həbs olunan müğənni Dəniz Səkiyə həmkarlarının dəstək olmaq məqsədi ilə mahnı oxuyub, klip çəkdiklərini nümunə gətirərərk bir-birlərini dəstəyə, birlik olmağa çağırıblar.

Xalq artisti Brilliant Dadaşova müğənni Fədayə Laçınla bağlı I vitse-prezident Mehriban Əliyevaya müraciət edib: "Əzizimiz, sevimli Mehriban xanım! Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirik. Bu səbəbdən Sizə müraciət edib, istedadlı müğənni, gənc qadın, ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah, heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm".

Məşhurlar Fədayə üçün oxuyub, klip çəkdirərmi?
Qeyd edək ki, müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) həbs olunub. O, Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Noyabrın 2-də isə "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülü

Bəs, həmkarlarına bu qədər dəstək olan müğənnilər onun üçün türk məşhurlar kimi layihə edərlərmi?

Musavat.com mövzu ilə əlaqədar sənətçilər arasında sorğu keçirib.
Məşhurlar Fədayə üçün oxuyub, klip çəkdirərmi?
Müğənni Xuraman Şuşalı isə ona dəstək olmağa hazır olduğunu deyib: "Fədayə xanımla bir neçə dəfə toyda və verilişlərdə qonaq olmuşuq. Yaxın dostluğumuz olmasa da, onu saf, təmiz insan bilirəm. Seyirlər ki, sadə ol, sadəlövh olma. Məncə, o sadə və sadəlövh xanımdır. İnanıram ki, o günahsızdır. İnşallah, günahsız olması açıqlanar, həqiqət üzə çıxar. Dövlətimiz həmişə sənətə və sənətkara hörmət edib, dəstək olub. Ona tək bizim köməyimiz yetməz. Onun günahkar olmasına inanmıram. İnsan sevəndə gözü qapalı olur. Amma hər zaman Allahın tövbə qapısı açıq olur. Allah köməyi olsun ”

Məşhurlar Fədayə üçün oxuyub, klip çəkdirərmi?
Bəstəkar-müğənni Murad Arif deyib ki, həmkarını çox sevir, amma bu cür layihəyə münasibəti müsbət deyil:
“Mən Fədayəni sənətkar olaraq çox sevirəm. Amma Dəniz Səki üçün mahnı oxunub, klip çəkilməsini bizim etməyimiz doğru deyil. Çünki bu yamsılamaq, təkrarlıq olacaq. Təbii ki, onun azadlığa çıxmasını arzu edirəm. Çünki musiqimiz üçün qiyməti bir səsdir”.

Məşhurlar Fədayə üçün oxuyub, klip çəkdirərmi?

Müğənni Rəqsanə İsmayılova isə fikirlərini sosial şəbəkədə bildirib. O qeyd edib ki, Dəniz Səki kimi Fədayəyə dəstək olmaq lazımdır: “Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq. Nə olsun ki müğənniyik, qanun hamımız üçündür. Çox pis oldum, Allah ailənə səbir versin. Fədayə ilə yaxın dost olmasam belə, bir qadın, bir ana kimi üzüldüm. Allah yolunu açsın.

Nədənsə biz, sənətdə olan insanlar belə gün olanda heç zaman bir-birimizə kömək olmuruq. Türkiyədə də müğənni Deniz Seki həbsə düşdü, amma çıxandan sonra bütün gün konsertlərdədir. O həbsdə olarkən həmkarları ona dəstək olaraq klip çəkdilər. Baxın, səhv hamıda olur. Niyə biz insanı baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd, qorxu tanımır. Belə sevginin sonu belə acılı sonluqla bitir".

Könül



Baxış sayı: 102