loading...
Məmur balalarının qudurğanlıq ili: Əli Həsənovun nəvəsi və daha kimlər... - Video

Məmur balalarının qudurğanlıq ili: Əli Həsənovun nəvəsi və daha kimlər... - Video2017-ci il qudurğan məmur uşaqlarının ili kimi yadda qaldı.

İlin əvvəlindən son aylarına qədər ayrı-ayrı vaxtlarda məmur övladlarının harınlıqları faciələrə yol açdı.

Neftlə zəngin ölkənin quyularından çıxan qara qızıldan varlanan və milyarderə çevrilən məmurları indi qurduqları idarəetmənin verdiyi fəsadlarının quyusuna düşməyə başlayıblar.

Baş nazirin müavini Əli Həsənovun iki nəfəri qəza törədərək öldürməsi və həbsə getməsi də göstərdi ki, Nail Allahverdiyev ön sıradadır.

Hökumətdə ən yüksək səviyyədə vəzifə tutan onlarla məmurların, hətta icra başçılarının, iş adamlarının övladlarının meşşan, qudurğan yaşayış tərzlərinin, yarı çılpaq əyləncə şəkillərinin, eyş- işrət məclislərinin, bahalı evlərinin və maşınlarının foto görüntüləri , törətdikləri cinayətlərlə gündəmə gəldilər. Bu il də qudurğan məmur və biznesmen övladlarının iştirakı ilə xeyli hadisə olub.

İlk olaraq Azərbaycanın iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcovun atasından icazəsiz idarə etdiyi “Porşe” markalı avtomobillə gənc qadını vurub öldürməsi yada düşür.

Daha sonra general Novruzəli Orucov oğlunun xuliqanlığına görə vəzifəsi ilə vidalaşdı. Şübhəsiz ki, bu hadisələr Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza ilə damğasını vurdu.

Qəza nəticəsində "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov öldülər.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirildilər. Hadisəni ciddi-cəhdlə gizlətməyə çalışsalar da heç nə alınmadı. Hətta deputat Astan Şahverdiyev hadisə olan zaman Nailin evdə olduğunu demişdi.

Sonradan deputat sözlərini geri götürməli oldu. Məsələ ictimailəşdi. Baz nazirin müavinin nəvəsinin öldürdüyü şəxsin övladlarının evinə şəxsən gedərək üzrxahlıq etdi. Nail Allahverdiyev isə həbs olundu.

Xatırladaq ki, son belə hadisəni isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu törətdmişdir.

Aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib.

Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib. Hətta yerli saytlardan birinə bununla bağlı açıqlama da verib. O bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil.

"Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb.

Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq”, - Şahmar İbadov bildirib.

Bu məlumatdan sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.

Məmur oğlunun bu kolleksiyasında bahalı "Gelandewagen" markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı "Gelandewagen"in şəhərdə tez-tez göründüyü bildirilir.

Hadisədən sonra Elmarın "Instagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.

İcra başçısının müavini hadisənin şişirdilməməsi üçün mətbuatda əlindən gələni etdi ki, hadisə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyin törətdiyi qəza kimi geniş kütləyə çatmasın. Və müəyyən mənada buna nail oldu.

Şahmar İbadovun oğlu ilə bağlı xəbər demək olar ki, bütün böyük saytlardan yığışdırıldı. Şahmar İbadovdan açıqlama alan sayt belə yazısını sildi. Yazıların qaldığı azsaylı portallar isə ya ələ alınır, ya da təzyiq edilir.(palitika.az)

Sonunc fakt isə “Nurgun Motors” şirlətinin rəhbəri Nuru Əliyevin oğlu sərxoş vəziyyətdə yol polisini döyməklə gündəmdədir.



Baxış sayı: 150