loading...
Ekologiya və Təbii Sərvətlər nazirliyi: "kəsilən ağaclarla bağlı CİNAYƏT işi açılıb" - Sonolay.org-a MÖVQE

Ekologiya və Təbii Sərvətlər nazirliyi: "kəsilən ağaclarla bağlı CİNAYƏT işi açılıb" - Sonolay.org-a MÖVQEEkologiya və Təbii Sərvətlər nazirliyi: "kəsilən ağaclarla bağlı CİNAYƏT işi açılıb" - Sonolay.org-a MÖVQESonolay.org xəbər verir ki, dünən saytımızda "Xəzər İnşaat XXI əsr" tikinti şirkəti yaşıllığı məhv edir” başlıqlı yazı dərc edilmişdir. Həmin məqalədə qeyd etmişdik ki, şirkətin Nəsimi rayonu, Memar Əcəmi stansiyası yaxınlığında Hüseynbala Əliyev 15 ünvanında tikinti işlərinə start verib. Aparılan tikinti işləri bina sakinlərinin böyük narazılığına səbəb olub. Sakinlər aidiyyatı qurumları hərəkətə keçməyə çağırırlar. Lakin onların çağIrışına heç bir rəsmi qurum tərəfindən qarşılıq verilməyib. Yazıda qeyd etdiyimiz əsas məsələ ondan ibarətidir ki, tikinti aparılan ərazidə 36 sayda çoxillik şam ağacları var ki, hazırda həmin ağaclar kəsilərək məhv edilmək təhlükəsi ilə üz-üzə qalıb. Yazıda onu da vurğulamışdıq ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin məsul şəxsləri, eləcə də Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov həmin əraziyə baş çəkib mövcud vəziyyətlə yeridə araşdırsalar daha yaxşı olar.

Sonolay.org xəbər verir ki, toxunduğumuz məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalar aparıb. Nazirlikdən redaksiyamıza verilən məlumatlara görə, həmin ərazidə ağac kəsilməsi faktına görə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Baş prokurorluğa göndərilib. Artıq həmin iş üzrə Baş prokurorluq tərəfindən cinayət işi açılara məhkəməyə göndərilib. Ərazidəki digər ağaclar isə qeydiyyata alınaraq Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən nəzarətə götürülüb. Əgər gələcəkdə hansısa ağac kəsilməsi faktı qeydiyyata alınarsa qanuna müvafiq tədbirlər görüləcəkdir.

Sonolay.org



Baxış sayı: 85