loading...
Ziyalılar Mətbuat Şurasının özbaşınalığından Prezidentə müraciət etdilər

Ziyalılar Mətbuat Şurasının özbaşınalığından Prezidentə müraciət etdilərHamıya bəllidir ki, Mətbuat Şurası adlı qurum ölkənin bir sıra mətbu orqanlarını hədəfə almaqla istəklərini reallaşdırmağa çalışır. Məqsədi elektron medianı öz şəxsi maraqlarının alətinə çevirmək olan MŞ-nın özbaşınalığı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Hazırda “Realliq.info” saytını hədəf alan Mətbuat Şurasının qərəzli mövqeyi ölkə mediasında ətraflı müzakirə olunub. Bəzi məmurlardan aldığı rüşvət hesabına milyonçulara çevrilən Şuranın İdarə Heyətinin üzvlərinin qanunsuz əməlləri onlarla ziyalının və vətəndaşın haqlı narazılığına səbəb olub. Realliq.info saytının rəhbərliyi olunan təklifdən imtina etməsi, MŞ-nın başbilənlərinin xoşuna gəlməyib. Onlar saytın adına ləkə yaxmaq və məmurdan aldığı sifarişi icra etmək üçün ən çirkin yola əl atmaqdan çəkinməyiblər.

Mətbuat Şurası adlı qurumda söz sahibi olan və hamının üstünə çığırmaqla İdarə Heyyətinin üzvlərini hədələməkdən çəkinməyən Vüqar Rəhimzadənin məmurların sifarişini maraqları daxilində həyata keçirməsi və saytları dövlət hüquq mühafizə orqanlarının adı ilə şantaj etməsi narahatçılıq yaradıb. Ömründə bir normal müəllif yazısını yaza bilməyən bu şəxsin qanunsuz əməlləri davam edir və bu da ictimaiyyətdə haqlı narazılıq yaradıb.

Xatırladaq ki, Vüqar Rəhimzadə və qardaşları dövlətə xəyanət etdiklərinə görə dəfələrlə medianın gündəmini zəbt ediblər. Bu şəxsin qardaşı Rəsul Quliyevin qanunsuz əməllərini dəstəklədiyi üçün həbs olunub. Hakimiyyətə qarşı radikal mövqeydə dayanan Rəhimzadələrin bu gün bəzi rüşvətxor məmurların sifarişlərini icra edərək, Prezidentin siyasətini dəstəkləyən saytlara qara yaxmaları və jurnalistləri şantaj etmələri cavabsız qalmamalıdır.

Vüqar Rəhimzadə Mətbuat Şurasında yaradılmış komissiyaların başında oturaraq əmr verir və bunun nəticəsində məmurlar tərəfindən mükafatlandırılır. Vüqar Rəhimzadə bu yolla Pirallahıda milyonluq villa sahibinə çevrilib. Bu şəxs jurnalistlər üçün tikilən binadan özünə və qohumlarına bir neçə mənzil alıb. Bununla kifayətlənməyərək qardaşlaını, qohumlarını vəzifələrə yerləşdirməkdə davam edir. Dövlətə və ölkə başçısına xəyanət edənlərin bu gün Mətbuat Şurasında bir qrup yaradaraq sayt rəhbərlərini ləkələməyə cəhd etmələri diqqətdən yayınmamalıdır. Korrupsiyalaşmış bir qurumun başında duranlar cəmiyyətdə nifrət qazanıblar və onlar kirli pullarla dövlətin maraqlarına qarşı planlarını davam etdirirlər.

Prezidentə müraciət edən ziyalılar da Mətbuat Şurasında baş verən özbaşınalıq və saxtakarlıqdan bəhs ediblər. Onlar Vüqar Rəhimzadənin və onunla əlbir olub saytları şantaj edən Müşfiq Ələsgərlinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsini xahiş ediblər. Müraciətdə qeyd olunur ki, Realliq.info saytı və onun baş redaktoru İkram Rəhimov uzun illərdir ki, ölkə mediasının nüfuzlu orqanlarında çalışmaqla, dövlətinə, vətəninə və onun rəhbərinə xidmət edir. Belə olan halda korrupsiyalaşmış Şuranın dövlətə xidmət edən saytı şantaj etməsi qınanmalı və hüquqi addımlar atılmalıdır. Ziyalılar müraciətlərində ölkə başçısının tezliklə baş verənləri nəzarətə götürəcəyinə ümid etdiyini yazmaqla məmurlardan aldırqları rüşvət hesabına varlanan Şura üzvlərinin cəzalandırılacağına inanırlar.

Biz yaxın saatlarda ziyalıların Prezidentə müraciətinin tam mətnini diqqətinizə çatdıracağıq.
Bununla yanaşı Realliq.info saytının rəhbəri İkram Rəhimovun da Mətbuat Şurasında baş verən özbaşınalığı və Şuranın İdarə heyətinin üzvlərinin qanunsuz əməlləri ilə bağlı Prezidentə, Baş prokurora və ölkə ictimaiyyətinə müraciətini dərc edəcəyik.
Mətbuat Şurasının başbilənlərinin Pirşağıdakı villaları, jurnalistlərə tikilən binadakı mənzilləri, SOCAR və digər dövlət qurumlarında çalışan məmurlardan aldıqları rüşvət, katibələrə aurılan on minlərlə pullar, qəbul edilən qərarların saxtakarlığı və digər faktlar barədə ətraflı məlumat verəcəyik.
Bizi izləyin.

Sonolay.org

Ziyalılar Mətbuat Şurasının özbaşınalığından Prezidentə müraciət etdilərP.S. Mətbuat Şurasında nələr baş verir?
- Vüqar Rəhimzadənin qardaşları dövlətə necə xəyanət ediblər?
- Mətbuat Şurasının İdarə heyətinin hansı üzvləri korrupsiya ilə məşğuldur?
- Müşfiq Əlsəgərli saytları necə şantaj edir?
- Şuranın hansı başbiləni Pirşağıda böyük mülk sahibidir?
- Kiprdə dincəlib katibəsinə yuzminlər hədiyyə edən kimdir?
- Vaxtilə Rəsul Quliyevin yanında hamını söyən indi isə MŞ-da söz sahibi olan kimdir?
- Şuranın başbilənləri məmurlardan pulu necə alırlar və vasitəçilər kimdir?
- Vüqar Rəhimzadə ilə sayt baş redaktorları arasında gedən telefon danışığında nədən bəhs olunur?

Bu və digər suallara növbəti yazılarımızda cavab tapacaqsınız.



Baxış sayı: 87