loading...
4 nazirlik ləğv edildi

4 nazirlik ləğv edildiGürcüstan Ətraf Mühitin Mühafizəsi Nazirliyinin tərkibindəki Təbii Resurslar İdarəsi və Energetika Nazirliyi Gürcüstan İqtisadiyyat Nazirliyinin tərkibinə verilib.

Realliq.az (Realliq.info) xəbər verir ki, yeni nazirliyə Maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi bildirilib. Hazırkı İqtisadiyyat naziri Georgi Qaxariya isə Daxili İşlər naziri təyin olunub. Onun həmçinin baş nazirin müavini vəzifəsini icra edəcəyi vurğulanıb.

Fövqəladə Vəziyyətlərin İdarəsi Agentliyi, eləcə də Təhlükəsizlik və Böhranların İdarəedilməsi Şurasının yerində Fövqəladə Situasiyaların İdarəsi Mərkəzi yaradılacaq ki, ona da keçmiş daxili işlər naziri Georgi Mqebrişvilinin rəhbərlik edəcəyi gözlənilir. Maliyyə naziri vəzifəsinə isə Gürcüstan Dəmiryollarının rəhbəri Mamuka Baxtadze təyin olunacaq.

Mədəniyyət Nazirliyinin tərkibində yer alan Gənclərlə İş üzrə İdarə isə Təhsil Nazirliyinə veriləcək. Təhsil naziri vəzifəsini Tiflis Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli tutacaq. Mədəniyyət Nazirliyə isə ləğv edilmiş İdman və Gənclər Nazirliyinin idmanla bağlı hissəsi veriləcək və ona əvvəlki kimi Mixail Qiorqadze rəhbərlik edəcək.

Ətraf Mühitin Mühafizəsi Nazirliyi, ümumiyyətlə, tam ləğv ediləcək və Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə veriləcək. Ona Levan Davitaşvili rəhbərlik edəcək.

Avrointeqrasiya İşləri üzrə Dövlət Nazirliyi isə Gürcüstan Xarici İşlər Nazirliyinə birləşdiriləcək. Bu qurumun da rəhbəri hazırkı nazir Mixail Canalidze olacaq.



Baxış sayı: 102