loading...
Şamaxı məktəbində direktorun "fantaziya"ları tükənmir: "Danışmaq istəmirəm" - FOTO

Şamaxı məktəbində direktorun "fantaziya"ları tükənmir: "Danışmaq istəmirəm" - FOTOŞamaxı rayon şəhid A. Alxanov adına Sabir qəsəbə tam orta məktəbində baş verənlərlə bağlı A24.az ilkin olaraq məktəb müəllimləri ilə əlaqə saxlayıb.

Onlar verilən məlumatı təsdiqlədi və qeyd etdi ki, məktəbin direktoru Babaşova Gülnarə məktəbdə sözün əsl mənasında monarxiya yaradıb. Anası və bacısı ilə birgə idarə etdiyi məktəbdə özbaşınalıq və korrupsiya faktlarını saymaqla bitməz. Müəllimə iddia edir ki, onlardan hər ay “aylıq haqqı” alır. Bunu ödəməyən müəllimələrin dərs saatları kəsilir və sinifləri əllərindən alınır.

Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. DQ dən yüksək bal yığan müəllimlər dərslə təmin olunmurlar. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib.

Şikayət etmək istəyənləri qorxudur ki, yuxarıda adamı var və ona kimsə bata bilməz.

“Yəqin ki, var. Yoxsa bu qədər şikayətimiz cavabsız qalmazdı, Təhsil Nazirliyinə 6-7 dəfə teleqram vurmuşam, amma heç bir cavab yoxdur” deyə məktəb müəlliməsi Sədaqət xanım iddia etdi.

Anansına, bacısına 35-40 saat saxta dərs saatları salıb və onlar bu dərs saatlarında iştirak etmir iddiası da irəli sürülüb.

Bütün bu iddiaları cavablandırmaq üçün A24.az məktəbin drektoru Gülnarə Babaşova ilə əlaqə saxladı. Gülnarə Babaşova telefonumuza cavab versə də, danışmaq istəmədiyini söyləyərək, açıqlama verməkdən imtina etdi.

Sonolay.org



Baxış sayı: 75