loading...
Xalq artisti: "Ramiz Məlik dizin-dizin sürünüb üzr istəməlidir"

Xalq artisti: "Ramiz Məlik dizin-dizin sürünüb üzr istəməlidir"Məleykə xanım deyir ki, Ramiz Məlikov dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o, KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb.

Bu sözləri Sputnik Azərbaycan-a xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O, bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək.

Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb akrtisadan üzr istəməsə məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Məleykə Əsədova Ramiz Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.



Baxış sayı: 43