SON XƏBƏRLƏR
loading...
Erməni mətbuatı ölkənin baş nazirini biabır etdi - Karapetyanın Moskva qorxusu haqda ilginc fakt

Erməni mətbuatı ölkənin baş nazirini biabır etdi - Karapetyanın Moskva qorxusu haqda ilginc faktErmənistanın baş naziri Karen Karapetyan uzun tərəddüdlərdən sonra Avropaya rəsmi səfər etməyə qərar verib. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir Ermənistan nümayəndə heyətini Davos Ümumdünya İqtisadi Forumuna aparan təyyarədən foto paylaşıb.

Erməni mediası xatırladır ki, Ermənistan 9 il ərzində Davos forumunda iştirak etməyib. Üstəlik, Karen Karapetyan baş nazir olduğu il yarım müddətində bir dəfə də olsun Avropaya səfər etməyib. Erməni müəllif qeyd edib ki, Karapetyanın dünya paytaxtlarına səfər etməsinin nə ilə əlaqədarə olduğunu demək çətin olsa da, müəyyən təxminlər irəli sürmək olar. Bu mənada erməni yazar K.Karapetyanın Davosa uçuş ərəfəsində RİA Novosti-yə müsahibə verməsinə diqqət çəkib. Qeyd edib ki, erməni baş nazir həmin müsahibəsində Ermənistan və Rusiya arasında biznes əlaqələrinin vacibliyindən bəhs edib.

Erməni mətbuatı buna görə təəccübünü gizlətməyib, “İsveçrə səfəriöncəsi Rusiyanın dövlət agentliyinə müsahibə verməyə nə ehtiyac var idi”-deyə, sual edib. Eyni zamanda vurğulayıb ki, deməli, Moskvanın “etiketi” olmadan uzaq xaricə getmək olmaz. Təsəvvür edin, baş nazir Avropaya səfər edir, amma Rusiya ilə iqtisadi əlaqələrin vacibliyi barədə rus mətbuatına müsahibə verir, məqsəd bəllidir. Bununla Karapetyan Kremlə “hara getsəm də, yenə də sənin kölənəm” mesajını verib.

Ermənistant mətbuatının da yazdığı kimi, K.Karapetyan prezident seçkiləri ərəfəsində durumun olduqca həssas olduğunu nəzərə alaraq Rusiyaya sadiqliyini nümayiş etdirib. Serj Sərksiyanın planı bundan ibarətdir ki, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezident kürsüsünə oturtsun, özü isə Rusiyanın kadrı olan K.Karapetyanı baş nazirlikdən aşırıb bu postu ələ keçirsin. Görünür buna görədir ki, K.Karapetyan son davranışları ilə Kremlə sədaqət mesajı verib. Görünür, K.Karapetyan Rusiya mətbuatının həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi arasında vurnuxan Serj Sərkisyanı “gəzəyən qadın” adlandırdırdan sonra daha ehtiyatlı davranmağa və seçkiqabağı Moskvanın etimadını qazanmağa çalışır. Hər halda Rusiyanın forpostu olan Ermənistanın rəhbərlərinin hətta Avropaya səfər edəndə də Moskvadan icazə alması və olduqca qorxaq mövqe sərgiləmələri o qədər əcaib haldır ki, hətta işğalçı ölkənin mətbuatı da bu faktı biabırçılıq kimi qiymətləndirir.



Baxış sayı: 79