SON XƏBƏRLƏR
loading...
ABŞ Senatı hökumətin maliyyələşdirilməsinin davamına səs verib

ABŞ Senatı hökumətin maliyyələşdirilməsinin davamına səs veribABŞ Senatı fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan sonra qanun layihəsi Nümayəndələr Palatasına təqdim ediləcək.

ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Federal hökumət şənbə günündən etibarən bir sıra funksiyaların yerinə yetirilməsini dayandırıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.



Baxış sayı: 61